Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə43/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Sartrın “Ürəkbulanması” əsəri
J. P. Sartr bu romanı 1938-ci ildə yazmış və nəşr etdirmişdir. Bu əsərdə mütəfəkkir ilk dəfə özünün fəlsəfi ideyalarını bədii vasitələrlə təcəssüm etməyə cəhd etmişdir. Baş qəhrəman Antuan Rokantenin hiss və həyəcanlarını, təəsüratlarını, həyatla bağlı düşüncələrini təsbit etmək üçün müəllif öz təhkiyəsi üçün ən uyğun janrı-gündəlik formasını seçmişdir; gündəlik müəllifə Rokantenin dünya ilə təmasları zaman aldığı təəssüratları bütün incəlikləri ilə təcəssüm etməyə imkan verir. Lakin müəllif qətiyyən qəhrəmanın daxili aləminə nüfuz etməyə cəhd göstərmir, ona daha çox varlığın mahiyyətini dərk etmək, insanın mahiyyətini və təyinatını öyrənmək problemləri maraqlandırır. Romanın bədii məkanı baş qəhrəmanın ekzistensial şüurunun məkanı ilə üst-üstə düşür.
Rokanten seçim azadlığının bədii-fəlsəfi təcəssümüdür. Romanda heç bir fövqəladə hadisə təsvir olunmur. Əsər faktiki olaraq hərəkət dinamikasından məhrumdur. Qəhrəmanın qavrayışında yalnız adi, gündəlik əşyalar və hadisələr öz təcəssümünü tapırlar. Dünyanın fenomenoloji konsepsiyasına uyğun olaraq Sartr əşyaların zəhlətökən, insanı sıxan təsvirindən ibarət reallığı təsvir etmişdir. Fenomenologiyanın əsas həqiqətləri nəsnələrin naturalistcəsinə siyahıya alınması ilə meydana gəlirlər: bu kürsüdür, bu küçədir, bu pivə qabıdır və sair. Sartrın fəlsəfəsində həqiqət konkret səciyyə daşıyır. Əsərdə cərəyan edən bütün hadisələr onun beynində cərəyan edirlər. Məsələn, romanın epizodlarından birində Rokanten diqqətlə pivə parçına baxır və birdən dərk edir ki, dünya onun özünə, ümumiyyətlə bütün insanlara düşmən kəsilmişdir. Bu ilk növbədə onunla bağlıdır ki, dünya insandan xaricdə yerləşmişdir; dünyanı insanın daxili aləmi ilə heç bir əlaqəsi yoxdur. Məhz buna görə dünya insanı dərk etmək iqtidarında deyil. Antuan Rokanten günlərin bir günü öz bədənini də dünyanın nəsnələrindən biri kimi dərk etməyə başlayır. O təəccüb hissi ilə öz bədənini seyr edir. Güzgüdə ona elə gəlir ki, o tamamilə yad bir adamın bədənini seyr edir. İlk növbədə onun bədəni ilə, sifət quruluşu ilə ziddiyyət təşkil edən kürən saçları onun bədənini tərk edir.
Ürəkbulanması” romanında özgələşmə və nəticələri
Romanda fenomenoloji özgələşmənin kulminasiyası Rokanten tərəfindən öz əlini təsvir etməsi ilə bağlıdır: onun əli məndən özgələşmişdir və bir növ özünün özəl həyatını yaşayır. Eyni zamanda müəllif müstəqil şəkildə mövcud olan bədəni qavrayan şüurun varlığını təsbit edir. Dərk etmək nəsnələrin mövcudluğunu dərk etməkdir. Sartrın fəlsəfəsində şüur inkardır, şüur özünü obyektindən fərqli kimi təsdiq edir. Deməli şüur yoxluqdur, yoxluq varlığın özünün mahiyyətidir. Rokantendə bu həqiqətin dərki ürəkbulanması ilə, mövcudluğu nifrət hissi ilə müşayiət olunur. Rokantenin şüurunda reallıq dünyasının qəribə bir şəkildə dəyişməsi baş verir. Ən adi əşyalar son dərəcə artırlar, tanınmaz olurlar və insanı dəhşətə gətirirlər. Rokantenin ürəyi bulananda skamaya onun gözündə heyvana çevrilə bilər, üzündə üçüncü göz peyda ola bilər, dili qırxayağa çevrilər. Nəsnələrin reallığının qrotesklərlə açıqlanması gerçəkliyin absurdluğunun nəzərə çarpdırmaq məqsədi güdür. Bundan belə bir nəticə hasil olur ki, cəmiyyətin müəyyən etdiyi təsnifat yetərli deyil. İnsanlar da Antuan tərəfindən nəsnələr kimi başqaları kimi dərk olunurlar. Buna görə Buvill şəhərinin sakinlərinin adət-ənənələri, onların ölülər dünyasını xatırladan ayinləri, simasız kütlənin hərəkətləri klassik realizmin ənənələrinə uuğun şəkildə yaradılmışdır. Buna görə də Sartrın yaratdığı mənzərədə Buvil sakinlərinin kollektiv portreti kimi deyil əşyalaşmış mahiyyətlər kimi qavranılırlar.
Gündəlik mövcudluq Rokantenə tamaşa təsiri bağışlayır. Bu tamaşada bütün insanlar onlara tapşırılmış rolları ifa edirlər.
Dünyanın ənənəvi dərki üsulları da əsərdə məlum həqiqətlər kimi şərh olunurlar. Kitablarda mövcud olan bütün həqiqətləri mənimsəməyi öz qarşısına məqsəd qoymuş Avtodidant obrazı bu ideyanı təcəssüm edir. Avtodidant əlifba sırası ilə dünyada mövcud olan bütün elmlərin axırına çıxmaq, onların hamısını mənimsəmək istəyir. Müəllif Avtodidant obrazını öz satirasının hədəfinə çevirməklə bunun qeyri-mümkün olması ilə vurğulayır.
Sartrın qəhrəmanı azadlığa məhkumdur. Azadlıq tənhalığın və özgələşmənin ağır günü kimi təsvir olunmuşdur. Sartr belə hesab edir ki, yalnız incəsənət insanı absurdun çəngəsindən azad edə bilər. Antuanın eşitdiyi musiqi onda öz mövcudluğuna haqq qazandırmaq ümidi oyadır.


Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin