Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə46/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-19
Absurd teatr
Absurd dram XX əsrin 50-60-cı illərində avanqardist dramaturgiyanın nümunələrini birləşdirən anlayışdır. Öz konkret ifadə formalarında yekcins olmayan absurd dramaturgiyasının nümunələri ümumi dünyagörüş mövqeyindən-absurd anlayışından çıxış edirdilər. Absurd anlayış bu dramaturgiyaya ekzistensializmdən gəlmişdir. XX əsrdə bəşəriyyətin məruz qaldığı arasıkəsilməz böhranlar gerçəkliyin absurd kimi təsəvvür olunmasına gətirib çıxartdı. Bu o demək idi ki, gerçəklik daxili mənadan, səbəb-nəticə əlaqələrindən məhrumdur. Belə bir vəziyyət gerçəkliyin fəlsəfi və teoloji baxımdan izah olunmasını istisna edirdi. Bu halda yoxluq mütləq və təkzibolunmaz reallığa çevrilirdi. Ölüm isə həyat iyerarxiyasının bütün dəyərlərini yoxa çıxarırdı. Belə bir “dəyərlərin yenidən dəyərləndirilməsi”, daha doğrusu, onların tamamilə nüfuzdan salınmaları estetik dəyərlərə də şamil olunur. Absurd teatrın nümayəndələri və ideoloqları belə hesab edirlər ki, ənənəvi ədəbiyyatda və dramaturgiyada istifadə olunan ədəbi-bədii vasitələr yalançı ideologiyanın törəmələridir və onlardan imtina əsasında gerçəkliyin adekvat təsvirini yaratmaq mümkündür. Bütün bu bədii vasitələr dram əsərinin tamaşaçıya göstərdiyi şok hissi ilə əvəz olunmalıdır. Şok hissini yaratmaq üçün dramaturq gerçəkliyin və insanın mövcudluğunu bütün dəyərlərdən və mənadan məhrum olduğunu əsərdə cərəyan edən hadisələr vasitəsilə nəzərə çarpdırmalıdır.
Absurd teatrın nümayəndələri belə hesab edirlər ki, insan gerçəkliyin dərin qatlarına nüfuz edib onun mənasını üzə çıxara bilməz. Bu isə onların əsərlərində kommunikasiya vasitələri olan dilin öz vəzifəsini həyata keçirə bilməməsini nümayiş etdirilməsində öz əksini tapır. Bununla da absurd teatrın nümayəndələri dili həyatın real məzmununu təhrif edən ideoloji formalardan biri kimi nəzərdən keçirirlər və dili absurd və ölümlə bir sırada insan mövcudluğunun mahiyyətini açıqlayan vasitə kimi dəyərləndirirlər.
Absurd dram anlayışı XX əsrin ortalarında Ü. İoneskonun “Keçəl xanəndə qadın”(1950) və S. Bekketin “Qodonu gözləyərkən” əsərlərinin tamaşaya qoyulması zamanı meydana gəlmişdir. Məhz bu əsərlər absurd dramın inkişafının əsas istiqamətlərini müəyyən etdilər: bunlar orta insanın absurd həyatının cərəyan etdiyi yalançı və mənasız yaşam formalarının nümayiş etdirilməsi idi.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin