Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Mühazirə-18 “Yad adam” romanı haqqında ümumi məlumat



Yüklə 88,35 Kb.
səhifə44/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-18
Yad adam” romanı haqqında ümumi məlumat
A. Kamü “Yad adam” əsərini 1943-cü ildə başa çatdırmışdır. Fransız tənqidçiləri əsəri sənətkarın ən yaxşı romanı hesab edirlər. Bu əsər dünya xalqlarının bir çox dillərinə o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur. Romanın ideyası 1937-ci ildə yaranmışdır. A. Kamü bu romanı yaratmaq üçün bir neçə il düşünmüşdür və ideyasını yalnız 1943-cü ildə həyata keçirmişdir. Bu hər şeydən əvvəl onunla bağlı idi ki, sənətkar bu əsərdə özünün həyat anlamının əsas cəhətlərini ifadə etməyə cəhd göstərmişdir. “Yad adam” əsəri fəlsəfi pritça janrında yazılmışdır. Bu müəllifin ekzistensialist dünyaduyum tipinə uyğun idi. A. Kamünün əsərində təcəssüm olunmuş gerçəklik nə reallıqdır, nə də fantastikdir. Əslində müəllif günün günorta çağını təcəssüm edən mif yaratmaq istəyir. “Yad adam” əsəri çoxplanlıdır. Belə ki, əsərin baş qəhrəmanı Merso bir tərəfdən Əlcəzairdə hansı isə kontorda işləyən xırda qulluqçudur, digər tərəfdən o absurd mifinin təcəssümüdür. Kamünün özü qeyd edirdi ki, burada ikiqat özgələşmə-sosial və metofiziki özgələşmədən söhbət gedir. Mersonun həqiqəti formal mənəviyyatın qanunlarından deyil, onun özünəməxsus yaşam ideologiyasından doğur. O, dünyadan cismani zövq alır, bütün varlığı ilə dənizə, günəşə, işığa bağlıdır. Merso üçün həyatın möcüzəsi indiki zamanla bağlıdır. Həyatı birbaşa dərk edən Merso bütün varlığı ilə cəmiyyət tərəfindən qəbul olunmuş yalanı və ikiüzlülüyü rədd edir. Onun bu cəhəti romanın kompozisiyasında öz əksini tapmışdır. Roman iki hissəyə bölünmüşdür. Birinci hissədə Merso həyatının bəzi məqamlarını qırıq-qırıq hadisələri nəql etməklə ifadə etməyə çalışır. Lakin onun bütün danışdıqları faktiki olaraq onun heç bir əsaslı səbəb olmadan ərəbi öldürməsi ilə başa çatır. İkinci hissə bir növ birincinin güzgüdəki əksi təsirini bağışlayır: oxucu Mersonun başına gələcəklərlə indi hakimin şərhində yenidən tanış olur. Əsərin son fəsli Mersonun şüurunda yaşadığı gerçəkliyi ekzistensial baxımdan dərk etməyə əsas yaradır. Merso belə bir qənaətə gəlir ki, ümumiyyətlə həyatın heç bir mənası yoxmuş. Romanın kompoziyasına belə bir asimmetriyan sağlam düşüncəni daxildən partlatmağa xidmət edir.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin