Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Mühazirə-20 Soljenitsinin yaradıcılığı. “İvan Denisoviçin bir günü” hekayəsi



Yüklə 88,35 Kb.
səhifə49/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-20
Soljenitsinin yaradıcılığı. “İvan Denisoviçin bir günü” hekayəsi
Soljenitsinin bu əsəri haqqında ideyası o hələ məhbus həyatı yaşayərkən 1951-ci ildə meydana gəlmiş, lakin yalnız 1959-cu ildə həyata keçirlmişdir. 1961-ci ildə yazıçı əsərin siyasi cəhətdən “yumşaldılmış” variantını “Novımir” jurnalının redaktoru A. Tvardovskiyə vermişdi. Əsər 1962-ci ildə jurnalda çap olundu. “İvan Denisoviçin bir günü” əsərinin işıq üzü görməsi əsl sensasiyaya səbəb oldu. Sovet keterqo düşərgəsinin həqiqətəuyğun bədii təsviri o vaxta qədər qeyri-mümkün hesab olunurdu. Tənqidçilər Soljenitsinin bu əsərinin müəllifinin son dərəcə böyük istedad sahibi olduğunu dərk etmədilər, onu “insan simalı sosializm” ruhunda yazılmış əsər kimi şərh etdilər. Əsərdə öz əksini tapmış dini motivlər isə ateizm nəzər nöqtəsindən izah olunurdular. Lakin bununla belə görkəmli tənqidçi V. Lakşin “İvan Denisoviçin bir günü” əsərindəki personajların psixologiyasını inandırıcı şəkildə və dəqiqliklə təhlil edə bilmişdi. Tənqidçi göstərirdi ki, Soljenitsin hətta sevdiyi personajları belə ideallaşdırmırdı.
Digər bir yazıçı-məhbus Soljenitsin məktubunda göstərirdi ki, müəllif düşərgə həyatını son dərəcə yumşaq rənglərlə təsvir etmişdir, əslində isə məhbus həyatı qat-qat ağır və dözülməz olmuşdur. Lakin Seljenitsin Şalamovdan fərqli olaraq əsəri ilə oxucunu sarsıtmağa can atmırdı və qəhrəmanlarının məruz qaldıqları cismani əzabların naturalist təsvirinə meyl etmirdi. Onu sovet həbs düşərgələrinin adi “bir günü” maraqlandırırdı.
Hekayədə müəllif çoxlu mövzulara və problemlərə toxunmuşdur. Bunların arasında düşərgədə mövcud olan qaydalar: Allaha inanc, Rusiyanın tarixi, konkret məhbusların taleyi, qeyri-bəşəri şəraitdə yaşayıb sağ qalmaq problemləri diqqəti xüsusilə cəlb edirlər. Özü də bu mövzular bir fraqmentdə izah olunmurlar, müxtəlif epizodlarda onların müxtəlif tərəfləri açıqlanır. Belə bir təsvir prinsipi oxucunu fəal olmağa, əsərin yaradıcısı qismində fəaliyyət göstərməyə təhrik edirdi. Əsərdə düşərgə həyatı elə qurulmuşdur ki, insan fərdiliyini məhv etsin. Lakin rəislərin bütün səylərinə baxmayaraq insanlar özlərinin bəşəri simalarından məhrum olmurlar. Onlar nəinki dövlət maaşının xırda vintlərinə çevrilmirlər, əksinə, gizli şəkildə düşərgədə hökm sürən şərə qarşı müqavimət nümayiş etdirirlər.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin