Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə30/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Tomas Mannın “Sehrli dağ” romanı
Bu əsər dünya ədəbiyyatında “intellektual roman” janrının əsasını qoymuşdur. “İntellektual roman” anlayışını Tomas Mann özü bu əsərlə eyni zamanda nəşr etdirdiyi “Şprenqlərin təlimi haqqında” məqaləsində işlətmişdir. Tomas Mann belə hesab edirdi ki, “intellektual roman” yeni kitab tipidir və bütün sivilizasiyanın və bəşəriyyətin gələcəyinin mövcudluğunu şübhə altına alınmasını dərk edən zamanın tələbidir. İntellektual roman elmlə incəsənət arasında sərhəddi aradan qaldıran, mücərrəd fikri ətə-qana gətirir, plastik obraza ruh verir. Bu baxımdan nəsr əsərləri yalnız onda öz vəzifələrinin öhdəsindən gələ bilərlər ki, onlarda zəmanənin özü danışsın, bəşəriyyətin özü dilə gəlsin.
Romanda cərəyan edən hadisələr birinci dünya müharibəsi ərəfəsində başlayır və müharibə başlayanda əsər başa çatır. Hadisələr İsveçrədə ağ ciyər xəstəliyinə mübtəla olanlar üçün Sanatoridə cərəyan edir. Hanburqlu gənc Hans Kastrop sağalmaz xəstə olan qohumuna baş çəkmək üçün buraya gəlir. Kitabın son səhifələrində Sanatoridə bir növ yaşa dolmuş Hansın Dünya müharibəsində iştirakı ilə bitir. Hans sadəlövh, milçəyi belə incitmək iqtidarında olmayan gəncdir. Dövran onu Avropa faciəvi şüurunu dəf etməyə məcbur olan bir personaja çevirir. XX əsrdə Avropa gerçəkliyində mövcud olan meyllər onu amansız şəkildə fəlakətə sürükləyirdi.
Romanda Tomas Mann Veneranın mağarasında 7 il yaşamağa məcbur olmuş Tanheyzerlə analogiyaları özü vurğulayırdı. Bu müəllifə geniş şəkildə əsərdə magiya motivlərindən istifadə etməyi bunun nəticəsində bir növ əsərin ikinci metaforik qatını yaratmaq imkanı verir. Kastropun qəlbi uğrunda romanda antoqonist qüvvələr çarpışırlar və bu mahiyyəti etibarilə əsərin ideya məzmununu təşkil edir.
Bununla yanaşı müəllif pasiyentlərinin əksəriyyətinin ölümə məhkum olan Sanatorinin durumunu ətraflı şəkildə təsvir edir. Labüd şəkildə insanların başının üstünü alan ölüm mövzusu təhkiyənin əsas motivini təşkil edir. Burada kolliziyalar əbədiyyətin fonunda açıqlanır və insanın nəinki öz dövrü, bir çox cəhətdən gələcək qarşısında məsuliyyəti vurğulanır.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin