Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Forsaytlar ailəsinin xüsusiyyətləri



Yüklə 88,35 Kb.
səhifə28/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Forsaytlar ailəsinin xüsusiyyətləri
Ailənin əsasını qoyan Forsaytdan başlayaraq bütün üzvləri abırlı, vicdanlı iş adamları idilər; onlar ləyaqətlə öz işlərini həyata keçirirdilər. Onlar bir tərəfdən həyata, öz işlərinə ayıq münasibət bəsləyir, digər tərəfdən qeyd-şərtsiz vicdanlılıqları ilə fərqlənirlər. Onlar öz həyat tərzləri ilə XIX əsri tərəqqiyə sarsılmaz inam kimi xarakterizə edirlər. Forsaytlar üçün sərt əxlaq prinsipləri əsasdır. Lakin eyni zamanda onlar mülkiyyətə əsaslanan iyerarxiya prinsipini də gözləyirlər. Forsaytların nizamlanmış praqmatik dünyasında romantik meylləri, insan hislərinin dolğunluğunu, gözəlliyə sitayişi qəbul etmirlər. Gözəllik yalnız onda məqbul hesab olunur ki, Sonsun yazdığı rəssamlıq əsərləri kimi mülkiyyətçinin uğurlarından xəbər versin. Əgər bu dünyanın bu və ya digər sakini ürəyinin səsinə qulaq asırsa, onda xaosa mübtəla. Bu halda dəstədən aralanmış. Forsayt qiyamçıya dönür, öz yaxınlarına meydan oxuyur, cəmiyyətdən üz döndərir.
Forsaytların mənən alçaqlığı və onların həyatda əldə etdiklərinin mənasızlığı onların daşlaşmış normaların və prinsiplərin naminə orta sinfin yüksək təbəqəsinin etirazını rəhbər tutaraq təbii mənəvi hisləri boğmağa çalışdıqları zaman meydana çıxır. Forsaytlar keçmiş zamanların həyat tərzini qoruyub saxlamaq arzusundadırlar: onlar öz qəlblərinin, öz gəlirlərinin, öz xanımlarının qeydsiz-şərtsiz, heç bir nəzarətə tabe olmayan ağası olmaq niyyətindədirlər. Bu istək isə onlara həyatla get-gedə daha dərin ziddiyyətə girməyə vadar edir. Nəticədə ailənin daxilində parçalanma baş verir-yaşlı nəslin nümayəndələri cavanları, cavanlar da öz növbəsində yaşlıları başa düşmək əzmində olmur. Cavan nəsil həyata belə bir sərt münasibəti qəbul etmir, özünün daha azad, daha müstəqil yolu ilə getməyi üstün tutur. Bu isə son nəticə etibarilə həm yaşlı nəslin, həm də cavan nəslin həyat yolunun dalana dirənməsinə səbəb olur. Oxucuları əsərin ilk cildlərini sosial satira kimi dərk etdilər, buna görə də tənqid Qolsuorsidən “Saqa”nın yeni cildlərində ifşaedici pafosu gücləndirməyi tələb edirdi. Lakin müəllif son fəsillərdə nostalji hislərin ifadəsinə üstünlük verir.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin