Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Mühazirə-11 Sosialist realizminin yaranması



Yüklə 88,35 Kb.
səhifə24/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-11
Sosialist realizminin yaranması
Sosialist realizmi marksizmin fəlsəfə və estetik əsasında yazılmışdır. Sosialist realizmi kommunist partiyasının bürokratiyası tərəfindən səfərbər olunmuş, yeni insanın formalaşdırılmasında totalitar cəmiyyətinin tələblərini həyata keçirməyə xidmət etmişdir. Kommunist partiyasının rəsmi estetikasına görə bu incəsənət ilk dövrlərdə proletariatın, sonralar isə bütün sosialist cəmiyyətinin maraqlarını əks etdirir. Kommunist həyatının gələcəyi çoxsaylı, həyata keçməsi qeyri-mümkün olan, elmin son dərəcə cəlbedici və bəşəri vədlərlə dolu olan utopik ideyalarla müəyyən olunurdu: burada şəxsi mülkiyyət, insanların istismarı qeyri-mümkün idi. Sinifsiz cəmiyyətdə hər kəs bacarığına görə fəaliyyət göstərir, və tələbatına görə təmin olunurdu. Məhz utopizm sosialist realizmi çərçivəsində heç də həmişə yüksək sənət nümunələrinin yaranmasına mane olmurdu. Əslində bəşər tarixinə fikir verdikdə utopik cəmiyyət konsepsiyaları və onların bədii söz sənətində təcəssümü həmişə mövcud olmuşlar. Qərb nəzəriyyəçiləri və tənqidçiləri də öz növbəsində sosialist realizmi adlı fenomeni dərk etməyə və onu müəyyən etməyə cəhd göstərmişlər. Belə ki, ingilis tənqidçisi F.A.Kuddon yazırdı : “ Sosialist realizmi Rusiyada işlənib hazırlanmış bədii nəzəriyyədir. Onun məqsədi incəsənətə marksist təlimini daxil etmək və bu təlimi bədii obrazlar vasitəsilə digər ölkələrə yaymaq idi. Bu incəsənət sosialist cəmiyyətinin məqsədlərini təsdiq edir və sənətkarı dövlətin qulları, yaxud Stalinin təbirincə desək “ insan qəlblərinin mühəndisi” qismində nəzərdən keçirir.”
Digər bir tənqidçi Karl Bekson yazırdı : “Sosialist realizmi XX əsr üçün ənənəvi olan sosialist ideyalarını təbliğ və təşviq edən nəsr əsərləri, poeziya və dramaturgiyadır. Sovetlər İttifaqında və digər ölkələrdə, xüsusilə, Stalinin dövründə sosialist realizmi bütün sənətkarlara süni şəkildə qəbul etdirilmişdir.” Fransız yazıçısı Alber Kamü özünün məşhur Nobel nitqində deyirdi: “İnqilabdan sonra Rusiyanın nümayiş etdirdikləri – Blok və Pasternak, Mayokovski və Yesenin, Eyzensteynin parlaq formalar və mövzular laboratoriyası idi. Lakin bütün bunlardan imtina etmək lazım gəldi, çünki realizmin özü mümkün olmayanda realist olmaq olmaz. Diktaturanın prinsiplərinə görə ilk növbədə zəruridir, sonra mümkündür, özü o sosialist realizmi olmalıdır.
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin