Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Sosialist realizminin fəlsəfi – estetik əsasları



Yüklə 88,35 Kb.
səhifə26/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Sosialist realizminin fəlsəfi – estetik əsasları

Sosialist realizminin fəlsəfi təməlini marksizm və leninizm təşkil edir. Marksistlər belə hesab edirdilər ki, proletariat xilaskar ictimai sinifdir, tarixən inqilab etmək vəzifəsi və zorakılıqla, yəni proletariat diktaturası yolu ilə cəmiyyətdəki ədalətsizliyi məhv edib ədaləti bərqərar etməkdir. Proletariatın başında yeni tipli partiya dayanmışdır. Bu partiya peşəkarlardan ibarətdir və inqilab həyata keçirildikdən sonra yeni sinifsiz cəmiyyətin qurulmasına başçılıq etməlidir. Yeni cəmiyyətdə insanların şəxsi mülkiyyəti yoxdur. Bu isə mahiyyət etibarilə insanların dövlətdən asılı vəziyyətə düşməsi demək idi. Dövlət isə faktiki olaraq ona başçılıq edən partiya bürokratiyasından asılı vəziyyətə düşürdü.
Bu tarixən sübut olunduğu kimi labüd şəkildə totalitarizmə yaxud avtoritarizmə aparan sosial-utopik müddəalar öz əksini marksist estetikasında da tapmışdır. Heç də təsadüfi deyildir ki, məhz bu müddəalar birbaşa sosialist realizminin əsasını təşkil edirlər. Marksizmin estetika sahəsində əsas ideyaları aşağıdakılardır:

  1. İncəsənət ictimai şüur formasıdır və o, iqtisadiyyatla şərtlənir. İncəsənət tarixən inkişaf edir və onda baş verən dəyişikliklər son nəticə etibarilə iqtisadiyyatla diktə olunurlar. Bədii - düşüncə ənənələri bəsii inkişafın ikinci faktorunu təşkil edirlər. İncəsənət müəyyən dərəcədə iqtisadiyyatdan asılı deyil ;

  2. İncəsənət xalq kütlələrinə dərindən təsir etmək və onların fəaliyyətini partiya üçün tələb olunan istiqamətdə səfərbər etməyə qadirdir ;

  3. Bir təsirin səmərəli olması üçün incəsənət nəzarət altında olmalıdır və tələb olunan axarı yönəldilməlidir. Bu iki yolla həyata keçirilə bilər : a) xaricdən-partiya senzurası yolu ilə nəşriyyatlar, teatrlar, kino üzərində nəzarəti həyata keçirir ; b) sənətkarın şüurunun daxilindən, yəni sənətkar daxili senzura vasitəsilə özü öz yaradıcılığını həm məzmun, həm forma, həm də ideologiya baxımından nizamlamalıdır və nəzarət altına almalıdır ;

  4. Kommunizm son məqsəd olduğuna görə, inqilabdan sonra cəmiyyət qanunauyğun şəkildə bu məqsədə doğru irəlilədiyinə görə incəsənət tarixi optimizmdən köklənməlidir. Məhz buna görə də incəsənət inqilab tərəfindən bərqərar olunmuş quruluşu təqdir etməlidir və onu tənqid etmək məqsədəuyğun deyil.



Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin