Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Mühazirə-3 Naturalizmin meydana gəlmə səbəbləri



Yüklə 88,35 Kb.
səhifə5/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-3
Naturalizmin meydana gəlmə səbəbləri
Naturalizm XIX əsrin sonlarına yaxın əvvəlcə Fransada meydana gəlmiş, lakin sonralar Avropaya və ABŞ-a yayılmış ədəbi-bədii istiqamətdir. Naturalist sənətkarlar öz yaradıcılıqlarında bədii fəaliyyəti dünyanın elmi dərki ilə həyata obyektiv təsviri ilə birləşdirmək, insanın gündəlik həyatında təsadüf etdiyi hadisələri ön plana çəkmək, insan xarakterinin xüsusiyyətlərini onun irsi xassələri və mühitlə izah etməyə cəhd edirlər. XIX əsrin 60-80-ci illəri Avropa ədəbiyyatlarında naturalizmin çiçəklənməsi dövrü hesab olunur... Qonkur qardaşlarının “Jermini Laserte” (1865) romanı naturalizmin ilk bədii nümunəsi sayılır.
Naturalizm bədii konsepsiya kimi insanı cismani varlıq kimi maddi dünyanın kontekstində təsbit edən ədəbi-bədii istiqamətdir. Bir qayda olaraq insanı yüksək səviyyədə təşkil olunmuş bioloji varlıq hesab edirlər. Lakin insan bütün canlılardan fərqlənməyən bir sıra xüsusiyyətlərə malikdir və bu naturalist sənətkarların həmişə diqqət mərkəzində olmuşdur. Naturalizmin bədii konsepsiyasında insanın istəkləri və imkanları, idealları və reallıq arxasında tarazlığın gözlənilməsinə böyük əhəmiyyət verilir. Naturalist sənətkarlar insanın təbiətindəki nöqsanları, qeyri-kamilliyi görürlər, lakin bu çatışmazlıqları dəyişməyi qeyri-mümkün hesab edirlər. Emil Zola 1868-ci ildəb başlayaraq İkinci imperiya haqqında romanlar seriyası yazmağa başladı. Bu seriyanın ideya məzmununda sənətkar öz dahi sələfi Onore de Balzakın irsinə əsaslanırdı. Zolo Balzak haqqında yazırdı: “Balzakın hansı ictimai sinifdə millətin canlı qüvvələrini axtardığını üzə çıxarmağa cəhd edəndə məlum olur ki, o bunu xalq kütlələrində tapmışdır.” Darvinin biologiyasının təkamül nəzəriyyəsi cəmiyyətin tədqiq olunmasının elmi metodları pozitivist fəlsəfəsinin tətbiqinin prinsipləri və ədəbiyyat nəzəriyyəsində determinizm naturalizmin formalaşmasında mühüm rol oynamışlar. Naturalizmin tərəfdarları bir qayda olaraq diqqətlərini bəşər övladlarının yaşadıqları xoşagəlməyən, insanın mənən və cismən məhv olmasına şərait yaradan şəraitinə diqqət yetirirdilər və cəmiyyətdə mövcud olan qeyri-kamilliyi ətraflı şəkildə təhlil edirdilər. Buna görə də onların həyata münasibətləri pessimist səciyyə daşıyırdı.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin