Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə8/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-4
Simvolizm
Bədii fikirdə simvolizm anlayışı
Simvol estetikanın universal kateqoriyasıdır və bu baxımdan bir tərəfdən obraz, digər tərəfdən işarə kateqoriyaları ilə bağlıdır. Sözün geniş mənasında simvol obrazdır. Eyni zamanda simvol işarələdiyi üçün işarə kimi nəzərdən keçirilə bilər. Beləliklə, hər bir simvol obrazdır və hər bir obraz müəyyən dərəcədə obrazdır. Lakin obraz kateqoriyası predmet baxımdan özü ilə eynidirsə, simvol kateqoriyası obrazın öz hüdudlarından kənara çıxmaqdır. Bu o deməkdir ki, simvol obrazla qaynayıb-qarışmış, lakin onunla eyni olmayan mənaya malikdir. Simvolun strukturunda konkret obraz və dərini məna iki qütb kimi çıxış edirlər və onlardan biri digəri olmadan təsəvvür edilmir, çünki məna özünü büruzə verib əyaniləşmədən öz konkretliyindən məhrum olur, obraz da öz növbəsində mənadan kənarda öz komponentlərinə parçalanır: obraz simvola çevrilməklə şəffaflaşır və məna onun içindən bir növ işıq saçaraq özünü büruzə verir.
Simvolu mühakimə yolu ilə açıqlamaq qeyri-mümkündür; simvolu yaşamaq tələb olunur. Simvolun alleqoriyadan prinsipial fərqi bununla bağlıdır: simvolun mənası hansısa rasional forma kimi mövcud deyil. Buna görə də bu mənanı obraza daxil etmək, sonda da obrazdan xaric etmək qeyri-mümkündür. Simvol nə qədər çox mənalı olsa, bir o qədər o məzmunlu hesab olunur.
Simvol miflə bağlıdır. Simvol mifdən onun kommunikativ və sosial funksiyalarını əxz etmişdir. Qədim yunanlarda simvol iki yerə parçalanmış lövhəciyə deyilirdi. Bu və ya digər səbəbə görə vətənindən ayrı düşmüş insan bir hissəsini özü ilə qürbətə aparır, geri qayıdan da isə öz lövhəciyini vətəndə qalmış digər hissəsilə birləşdirməklə öz kimliyini təsdiq edirdi. Bu baxımdan əgər alleqoriyanı hər bir “yad” adam izah edə bilirsə, simvolu ancaq bu simvolun mənasından xəbərdar olanlar aça bilər.
Simvolun məna strukturu çoxlaylıdır və onu qavrayanın fəal daxili fəaliyyətini tələb edir. Mətnin təhlili prosesində iki səviyyə mövcuddur. Bunlar mətnin təsviri, ikincisi onun simvolikasına müxtəlif tərəflərinin şərhi ilə bağlıdır. Mətnin təsvirində tədqiqatçı dəqiq elmlərdə olduğu kimi "formalaşmağa" meyl edir. Onun simvolikasını üzə çıxarmağa cəhd isə onun məzmun baxımdan səciyyəsini müəyyənləşdirməklə bağlıdır.



Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin