Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Simvolizmin yaranması və inkişafı



Yüklə 88,35 Kb.
səhifə9/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Simvolizmin yaranması və inkişafı
Simvolizm Avropada təşəkkül tapmış ədəbi-bədii istiqamətdir. Bu istiqamət əvvəlcə Fransada təşəkkül tapmış, lakin qısa müddət ərzində alman, Belçika, Avstriya, Norveç, rus ədəbiyyatlarına yayılmışdır və XIX əsrin sonu- XX əsrin əvvəllərində yaşamış və yaratmış bir çox şairlərin yaradıcılığını müəyyən etmişdir.
Simvolizmin meydana gəlməsi Avropa burjua-humanitar mədəniyyətində ümumi böhranı və ilk növbədə fransız gerçəkliyinin sosial-tarixi şəraiti ilə bağlı idi. Məlumdur ki, 1871-ci ildə Paris kommunası darmadağın edilmişdi və bu da cəmiyyətdə düşkünlük əhval-ruhiyyəsinin bərqərar olmasına səbəb olmuşdur. Simvolistlər gündəlik həyatın özlüyünü yarıb varlığın mahiyyətini üzə çıxarmağa cəhd edirdilər və mistik formada meşşanlığa qarşı mübarizə aparırdılar. Cəmiyyətdə mövcud olan böhran durumu simvolistlərin əsərlərində düşkünlük əhval-ruhiyyəsinin güclənməsinə səbəb olurdu. Bu düşkünlük ovqatı öz əksini lirik qəhrəmanın özünə qapanmasında, sənətkarların sosial problemləri öz əsərlərində təcəssüm etməkdən imtina etmələrində, ədəbi-bədii sözün ictimai gerçəkliyi imtina etməsində öz təcəssümünü tapırdı.
Simvolizmin estetikasının əsasları XIX əsrin 60-70-ci illərində P. Verlenin, S. Mallarmenin, Lofreamonun, A. Rembonun yaradıcılıqlarında təşəkkül tapmışdı. Fransız simvolistlərin qrupu XIX əsrin 80-ci illərinin ortalarından Mallarmenin ölümünə qədər (1898) mövcud olmuşdur. Lakin bu qrup yoxa çıxandan sonra da simvolizm inkişaf etməkdə və yayılmaqda davam edirdi. Simvolizm anlayışını ilk dəfə fransız şairi J. Moreas dövriyyəyə daxil etmiş və bu anlayışı özünün "Simvolizmin manifesti"ndə (1886) əsaslandırmışdır. Moreas simvolizmin bir ədəbi cərəyan kimi bərqarar olması ədəbiyyatda naturalizmə qarşı mübarizə aparmağın zəruriyyəti ilə əsaslandırmağa cəhd etmişdir. O belə hesab edirdi ki, naturalizm yalnız mövcud dəyərləri təkzib etmək üsulu kimi müəyyən əhəmiyyətə malikdir. Halbuki simvolizm nəsihətçilikdən, bəlağətli deyim tərzindən, obyektiv təsvirdən imtina etməklə yanaşı ideal başlanğıcı ədəbiyyata gətirmək və təcəssüm etməyi özünün başlıca məqsədi elan etmişdi.


Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin