Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Sürrealistlərin gerçəkliyə münasibətləri



Yüklə 88,35 Kb.
səhifə14/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Sürrealistlərin gerçəkliyə münasibətləri
Sürrealistlər belə hesab edirdilər ki, sənətkar gerçəkliyin örtüyünü açmalı, “həqiqi” gerçəkliyi, yəni fövqəlgerçəkliyi üzə çıxarmalıdır. Sürrealistlərin yaradıcılığında möcüzənin mütləqləşdirilməsi və onu aparıcı estetik kateqoriyaya çevirmələri bununla bağlı idi. Fövqəlreallığın reallığı, sirli hadisələrin möcüzəli xarakteri, adiliyin ecazkarlığı sənətkarın maraq sahəsini təşkil edirdi. Sürrealist şair Pol Elüar yazırdı ki, bir stəkan suda nəhəng okeanda olduğu qədər möcüzə var. Sürrealistlər belə hesab edirdilər ki, dünya, insan, hadisələr, zaman və məkan hərəkidirlər və nisbi səciyyə daşıyırlar. Onlar tez-tez sərhədlərini aşırlar. Bu hərəkiliyi incəsənətdə təcəssümün yeganə yolu estetik nisbilikdir: gerçəklikdə hər şey axır, hər şey təhrif olunur, bir-birinə qarışır: müəyyən dayanıqlı heç bir şey mövcud deyil. Sürrealizm dünyanın və onun dəyərlərinin nisbiliyini təsbit edir. Onların fikrincə xoşbəxtlik və bədbəxtlik, şəxsiyyət və cəmiyyət arasında sərhəd mövcud deyil. Təbii ki, dünyada hökm sürən xaos incəsənətdə də öz təcəssümünü tapmalıdır. Bu sürrealistlərin estetik prinsipinə çevrilir. Realistlər sürrealistlərin bu mövqeyi əleyhinə çıxış edirdilər. Alman yazıçısı J. Beher yazırdı: “Bu böyük səhvdir. Sürrealistlərin göstərdikləri kimi xaosu xaos nəzər nöqtəsindən təsvir etmək olmaz. Qarışıqlıq nə qədər qarışıq olsa, xaos nə qədər xaotik olsa, onları təcəssüm etmək istəyən sənətkar bir o qədər onları aydın şəkildə təsəvvür etməli və təsvir etməlidir.” Sürrealizmin nəzəriyyəçisi Andre Breton göstərirdi ki, sənətkar istəyinə yalnız onda nail ola bilər ki, onunla oxucu arasında fövqəlreallıq zəmnində intiutiv əlaqə olsun. Bu o deməkdir ki, oxucular və tamaşaçılar sürrealistləri başa düşmək üçün onların daxili dünyasına nüfuz etməli, sənətkarın hiss etdiklərini hiss etməli, yaşadıqlarını yaşamalıdır. Yalnız "fövqəlreallıq" zəmnində sənətkar və oxucu görüşüb dünyanı dərk etmək iqtidarındadır.
Sürrealizm və təhtəlşüur
Serrealistlər belə hesab edirdilər ki, onlar bu cərəyan yaranana kimi digər sənətkarlara nəsib olmayan bir vəzifəni həyata keçirə bilmişlər. Onlar insanın iç aləminin ən dərin qatlarına nüfuz edə bilmiş, onun şüursuzluğunun və şüuraltısının xüsusiyyətlərini öz əsərlərində təcəssüm edə bilmişlər. Sürrealistlər belə hesab edirlər ki, onlar hələ incəsənətin və ədəbiyyatın onlara qədər üzə çıxarmağa imkanları olmadığı sahələri-şüursuzluğu, yuxuları, qarabasmaları, divanəliyi ifadə etmək vasitələri əldə etmişlər. Buna görə də sürrealistlər şairlərin insanın məhz bu tipli durumlarını təcəssüm etmək məqsədindən çıxış edirdi. Sürrealistlərin əsaslandıqları sərbəst assosiasiyalar prinsipi Freydin psixoanalizmin bədii cəhətdən həyata keçirilməsi cəhdi idi. Sürrealist sənətkarlar ilk baxışdan bir-biri ilə bağlı olmayan, məntiqi cəhətdən çox zaman bir-birini inkar edən fikirlərin və düşüncələrin birləşməsinin məntiqini üzə çıxarmağa çalışırdılar. Bundan ötrü əsas məsələ idrakı bütün mümkün vasitələrdən istifadə edərək yuxuya vermək tələb olunurdu. Bununla bağlı Andre Breton sürrealizmin birinci manifestində yazırdı: “Sürrealizm təmiz psixi avtomatizmdir və ya söz, ya yazı, ya istənilən vasitə ilə düşüncənin real fəaliyyətini ifadə etmək məqsədindən çıxış edir. İdrak tərəfindən heç bir nəzarət olmadan düşüncəni diktə etmək tələb olunur. Fövqəlreallıq sürrealizmin predmetidir; o sənətkar qarşısında kor-təbii şəkildə açıqlanır. Məhz buna görə də bədii yaradıcılıq avtomatizm tərəfindən idarə olunur. Sürrealistlər demək olar ki, 60 il ərzində dünya, xüsusilə fransız ədəbiyyatında aparıcı rol oynamışlar. Onlar gerçəkliyi insan qəlbinin dərinliklərində axtarırdılar. Sürrealistlər belə hesab edirdilər ki, sənətkar bütün məntiqi strukturlardan azaddır. Ən böyük sənətkar şüursuzluğunu tamamilə üzə çıxarıb əks edə bilən şəxsdir. Sürrealistlər belə hesab edirdilər ki, sənətkar yaradıcılıq prosesinə nəzarət etməməlidir, çünki şəxsiyyət heç bir mənəvi və yaxud estetik kateqoriyaya tabe deyil. Rəssam Pikabia yazırdı ki, “Mən mövcud olandan bəri əxlaq xoşbəxtliyin əksini təşkil edir.”


Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin