Dadaizmin yaradıcılıq prinsipləri Tsara göstərirdi ki, dadaistlər heç bir nəzəriyyəni qəbul etmirlər və təkcə klassik incəsənəti deyil digər modernist cərəyanları-kubizmi, futurizmi də rədd edirdilər. Bununla yanaşı Tsara dadaizmin yaradıcılıq prinsiplərini də ifadə etməyə cəhd göstərirdi. O göstərirdi ki, fikir ağızdan doğulur. “Sonralar onun bu müddəası sürrealizmin” şüurun kənarlaşdırılması, dünya mədəniyyəti ilə, o cümlədən dillə əlaqələrin kəsilməsi, mədəniyyətdən və gerçəklikdən çıxış dünya haqqında xaosla bağlı təsəvvürlər, pessimizm, divanəlik, inancsızlıq, bütün dəyərlərin inkar olunması dadaizmin sənət prinsiplərinin əsasını təşkil edir. Dadaizm klassik mədəniyyətin dəyərlərinin böhrana uğraması nəticəsində meydana gəlmişdir və bununla yanaşı yeni dəyərlərin və yeni ifadə vasitələrinin axtarışıdır. Dadaistlər bütün klassik obrazları baş-ayaq edirdilər və bununla da onları bayağılaşdırmağa cəhd edirdilər. Bığlı Cokonda bu bayağılaşdırmaq cəhdi kimi dəyərləndirilə bilər. Dadaist Rimbon-Dessen yazırdı: “Əgər əziz bütün ideyalarınızı mənasız hesab edirsinizsə, onda bilin ki, sizinlə dada ünsiyyətə girmişdir. Sözlərdə qəribləri dəf etmək cəhdi dadaizmdə “mənasız mətnlər”in meydana gəlməsinə səbəb oldu. Dadaizm qeyri-incəsənətə çevrilmək istəyirdi və bu məqsədlə özündən əvvəlki bütün ənənələri rədd edirdi. Bu məqsədlə dadaizm sənətkarın fəaliyyətinin bütün prinsiplərini dəyişdirməyə cəhd etdilər. Bu məqsədlə onlar ənənəvi prinsiplərdən imtina edir və müəyyən mənada gələcək postmodernist sənət üçün meydan açırdılar. Dadaistlər maskaradı son dərəcə xoşlayırdılar.
Mühazirə-6 Sürrealizm (fövqəlrealizm) Sürrealizmin yaranması tarixi Sürrealizm anlayışını ilk dəfə görkəmli fransız şairi Qiyom Apolliner öz pyesinin janrını müəyyən etmək üçün estetik dövriyyəyə daxil etmişdir. Digər mənbələr bu terminin banisi kimi 1917-ci ildə ilk dəfə onu işlətmiş P. Albert-Birofu göstərirdi. Keçən əsrin 20-30-cu illərində sürrealizm anlayışından bu cərəyanın əsasını qoyan A. Breton və F. Supo geniş istifadə edirdilər. Sürrealizm bədii istiqamətdir. Bu istiqamətin nümayəndələri incəsənətin müxtəlif növlərinin imkanlarından istifadə edərək dərkolunmaz dünyada başını itirmiş adamı sirli, dərkolunmaz dünyada əhval-rühiyyəsini, keçirtdiyi hissləri təsvir etməyi qarşılarına məqsəd qoymuşdular. Sürrealizmin 1924-cü ildə nəşr olunmuş manifestində ona aşağıdakı tərif verilmişdir: “Sürrealizm sırf psixi avtomatizmdir, onun köməyilə biz sözlərin, yazının yaxud başqa vasitəsilərin bir təhər fikrin fəaliyyətini ifadə etmək istəyirik. Lakin bu halda sənətkar öz fikrinin gedişinə nəzarət etməməlidir.” Sürrealistlər belə hesab edirdilər ki, onlara qədər sənətkarların görmək və təcəssüm etmək imkanına malik olmadıqları ali bir həqiqət var və onu üzə çıxarmaq və əks etdirmək sənətkarın borcudur. İntuitivizm və freydizm sürrealizmin bir konsepsiyası kimi formalaşmasında mühüm rol oynamışlar. Sürrealist sənətkar belə hesab edir ki, onu dünyada dərk etmədiyi və ümumiyyətlə dərk etmək iqtidarında olmadığı əşyalar və hadisələr əhatə edirlər. Sürrealizm əvvəlcə ədəbi-bədii cərəyan kimi meydana gəlmişdir. Lakin tezliklə demək olar ki, bütün incəsənət növlərinə nüfuz etmişdir. Bu cərəyanın rəssamlıqda və kinoda uğurları xüsusilə böyükdür. Sürrealistlər romantizmi özlərinin ən yaxşı sələfləri hesab edirdilər. Bu ilk növbədə onunla bağlı idi ki, romantizmin nümayəndələri, xüsusilə alman romantikləri də sürrealistlər kimi qeyri-adi hadisələrin, fantastik əşyaların təsvirinə meyl edirdilər və bədii yaradıcılıqda intuisiyaya böyük əhəmiyyət verirdilər. Lakin bununla yanaşı romantizmin və sürrealizmin yaxınlığı nisbi xarakter daşıyır. Romantiklərdən fərqli olaraq sürrealistlərin düşüncə tərzi qeyri-məntiqidir. Sürrealistlər belə hesab edirdilər ki, sənətkar gerçəklikdə hesablaşmamalıdır. Bu baxımdan onlardan ötrü əsər müstəqil, öz qanunları olan dünya, sənətkar da bu dünyada Allahdır.