E. İoneskonun “Kərgədanlar” əsəri Dünya ədəbiyyatının çox əsirlik tarixində çox az əsərə təsadüf etmək olar ki, onların qəhrəmanları və obrazları bədii əsərin çərçivələrindən kənarda yaşamaqda davam edirlər, real ümumi adlara yaxud epitetlərə çevrilirlər. XX əsr Avropa mədəniyyəti üçün İoneskonun “Kərgədanlar” əsəri şübhəsiz ki, belə ədəbi-bədii nümunələrdən biridir. Əsər ilk dəfə 1960-cı ildə tamaşaya qoyulandan sonra dünyanın müxtəlif ölkələrində tamaşaya qoyuldu və Avropa dillərinin əksəriyyətində “kərgədanlaşma” anlayışı meydana gəldi. Bu kütləyə qəbul etdirilən və kütlə tərəfindən qəbul olunan totalitar düşüncə tərzinin yoxluğu ilə bağlıdır.
Bekketlə yanaşı absurd teatrın aparıcı mümayəndəsi hesab olunan İonesko yaradıcılığını ilk dövrlərində yazdığı “Keçəl xanəndə qadın”, “Dərs”, “Kürsülər” fərqli “Təmənnasız qatil”, “Kərgədanlar” kimi əsərlər yaradır. Bu əsərlərdə dramaturqun yaradıcılığı üçün yeni olan bir motiv-öz ləyaqəti uğrunda mübarizə aparan insan obrazı yaradılır. Bu əsərdə dramaturq sürüdən kənarda yaşamaq iqtidarında olmayan insanın obrazını yaratmış və onu bu duruma təhrik edən fanatizmin qroteskvari obrazını tamaşaçılara və oxuculara təqdim etmişdir. Pyesdə bütün personajlar ( Beranjedən başqa) kərgədana çevrilirlər. Özü də insanların kərgədanlaşması onların sosial durumlarından və cəmiyyətdə tutduqları mövqedən asılı deyil. İnsanlarda baş verən dəyişiklik dərin daxili səbəblərə görə baş vermir. Əslində onlar çoxdan artıq daxilən kərgədandırlar. Pyesdə sadəcə olaraq müəllif onların xarici görkəmlərini daxili mahiyyətlərinə uyğunlaşdırır. Bircə Beranje kərgədana çevrilməkdən imtina edir. Əslində o həmişə ətrafdakılardan öz dünyabaxışı ilə fərqlənir. Düzdür, o bir an kərgədan olmadığından ötrü dərin təəssüf hissi keçirir: onun sevdiyi qadın Dezi kərgədana çevrilir və Beranje onun yanında olmaq imkanından məhrum olur.
Əsərdə hadisələr əyalət şəhərində cərəyan edir. Burada bütün insanlar bir-birinə oxşamağa can atırlar. Bu əyalət əhalisinin son dərəcə dar maraq dairəsindən və dünyagörüş mövqeyindən xəbər verir. Beranje onlardan ötrü uğursuz bir insandır. Heç də təsadüfi deyildir ki, Beranjenin antipodu kimi çıxış edən Jan daim Beranjeyə həyat dərsi verir, onu hamı kimi yaşamağa çağırırdı.