Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


S. Bekketin “Qodonu gözləyərkən” əsəri



Yüklə 88,35 Kb.
səhifə47/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

S. Bekketin “Qodonu gözləyərkən” əsəri
XX əsr tədqiqatçıları absurd teatrın yeni dövrünün başlanğıcını 1953-cü ildə Babilon teatrında S. Bekketin “Qodonu gözləyərkən” əsərinin tamaşaya qoyulması ilə bağlayırlar. Əsər iki pərdədən ibarətdir, demək olar ki, xarici hərəkətlərdən məhrumdur və onda cəmisi dörd personaj iştirak edir. Əsərin baş qəhrəmanları Vladimir və Estraqon Qodo adlı bir nəfəri gözləyirlər, məhz Qodo onların problemlərini həll etmək iqtidarındadır. Onlar tənhadırlar, köməksizdirlər, evləri-eşikləri yoxdur, acından ölürlər. Onlar bu ağır vəziyyətə çox çətinliklə dözürlər, buna görə də dəfələrlə intihar etmək qərarına gəlirlər. Onlar hər gün əvvəlcədən müəyyən olunmuş görüş yerinə gəlirlər, hər axşam da əliboş qayıdırlar. Burada onlar Posso və Lunki ilə rastlaşırlar. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, bu görüş əslində Qodo Vladimir və Estraqonla görüşə gələcəyi tədqirdə onlarla Qodo arasında yarana biləcək münasibətlərin modelini təcəssüm edir. Lakin pyes onların Qodo ilə növbəti dəfə görüşə bilmələri ilə başa çatır. Bekketi zahiri görünüş az maraqlandırır. Dramaturq öz əsərində ən ümidsiz anlarda belə ümidini itirməyən insanların qəlbinin durumunu əks etdirməyə çalışır. Qodonu gözləyərkən əsərində Qodo gəlib çıxmır; o nəinki əsərin qəhrəmanları, həmçinin oxucular üçün də əlçatmaz bir personaja çevrilir və sonsuz mübahisələrin hədəfi kimi diqqəti cəlb edir.
Əvvəlcə Bekket öz əsrini son dərəcə konkret bir hadisəyə münasibət kimi yazmaq istəyirdi: müharibə vaxtı o arvadı ilə bir yerdə Müqavimat hərəkatında iştirak etmişdi və nasistlərdən gizlənmək məcburiyyəti ilə üzləşmişdi. Gözləmə motivi evdən çölə çıxa bilməmək məcburiyyəti ilə üzləşən sonsuz söhbətlərlə vaxtı öldürmək dram əsərinin məzmununa çevrildi və real durumun təcəssümü kimi baş qəhrəmanlardan biri qadın idi. Lakin müəllif tədricən bütün konkret zamanla bağlı konkret detallardan imtina edərək insanın mövcudluğu ilə bağlı ən mühüm və ən ümumi ekzistensial problemləri işıqlandırmağa cəhd etdi.
Bekketin əsərlərində zaman və məkan tamamilə qeyri-müəyyəndir və ilk baxışdan quruluşçu rejissor təxəyyülü üçün geniş meydan açır.
1969-cu ildə S. Bekket “Qodonu gözləyərkən” əsəri üçün “Nobel mükafatı”na layiq görülür. O, E. İonesko ilə yanaşı absurd teatrın ən görkəmli nümayəndəsi hesab olunur. S. Bekketin əsəri XX əsr dünya ədəbiyyatının şedevrlərindən biri hesab olunur.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin