Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Soljenitsinin yaradıcılığı “Matrenanın həyəti” hekayəsi



Yüklə 88,35 Kb.
səhifə50/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Soljenitsinin yaradıcılığı “Matrenanın həyəti” hekayəsi
A. L. Soljenitsinin bu hekayəsi 1959-cu ildə yazıçı Ryazendə yaşayarkən yazmışdır və “Navımir” jurnalında çap olunmuşdur. Redaksiyanın tələbi ilə hekayədə hadisələr ilkin variantda olduğu kimi 1956-cı ildə deyil, 1953-cü ildə cərəyan edirlər. Bunun nəticəsində əsərin başlanğıcında təhkiyənin xarakteri dəyişmişdir. Əsərin sonrakı nəşrlərində müəllif ilkin varianta qayıtmışdır. Əsər nəşr olunandan sonra müəllif sovet mətbuatının sərt tənqidləri ilə üzləşdi. Bu əsər avtobioqrafik material əsasında qurulmuşdur: o dövrdə Soljenitsin Vladimir vilayətində Matrena adlı bir qadının evində kirayədə yaşayırdı və müəllif həmin qadının həyat yolunun təfərrüatlarını və ölümünü dəqiqliklə təcəssüm etmişdir. Əsərdə həmçinin yerli dialektin də xüsusiyyətləri öz əksini tapmışdır. Kənd həyatının hərtərəfli və obyektiv inikası sayəsində bu əsər sonralar sovet ədəbiyyatında geniş yayılmış kənd nəsrinin qaynağına çevrildi. Matrenanın həyəti özündə bədii oçerkin roman tipli hekayənin elementlərini üzvi vəhdətdə birləşdirir. Hekayə mistik dünyaduyum tərzinə köklənmişdir. Qəddar, şeytansayağı başlanğıc özünü xüsusilə Matrenanın keçmiş nişanlısı Faddey Qriqoryev obrazında büruzə verir; bu insan yalnız intiqam hissi və acgözlüklə yaşayır. Kənddə hamının rəyinə görə Matrenanın uşaqları cadunun təsiri sayəsində ölmüşlər, Matrenanını vaxtı ilə Faddeyə ərə getməkdən imtinası isə 40 il sonra həyata keçmişdir. Onun müqəddəs su ilə dolu qazanının oğurlanması isə qadına vacib ayinləri həyata keçirmək imkanı vermir-kilsə kənddən xeyli uzaqdır və yazıq qadın şər qüvvələri ilə üz-üzə qalır. Matrenanın ölümündən sonra onun bədəni qanlı horraya çevrilir, lakin bu kəndli mömin qadının sifətinə heç bir şey olmur, o, ölüdən çox dirinin simasını xatırladır. Onun sifəti, həmçinin möcüzə nəticəsində ziyan görmüş əli Allahın ona xüsusi münasibətindən xəbər verir. Əsərin mərkəzində rus kəndinin tədricən məhv olması və yalnız cismani cəhətdən zəif, yoxsul Matrena kimi möminlərin həyatına hələ də yaşamaqda davam etməsi ideyası durur. Matrena təkdir, onu acgözlər, hərislər əhatə etmişlər. Müəllif bu kəndin timsalında bütün Rusiyanın dərin günaha batdığını və onu lap yaxın gələcəkdə dəhşətli bir fəlakətin gözlədiyi ideyasını ön plana çəkir.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin