Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Markesin “Patriarxın payızı” romanı



Yüklə 88,35 Kb.
səhifə53/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Markesin “Patriarxın payızı” romanı
Qabriel Qarsia Markesin 1975-ci ildə yazdığı “Patriarxın payızı” romanı Latın Amerikası ədəbiyyatının və Magik realizmin ən səciyyəvi nümunələrindən biridir. Roman bu ədəbiyyatda geniş yayılmış diktatorlar haqqında roman tipinə aid edilir. Əsər fəlsəfi-pritça xarakteri daşıyır. Bu müəllifə hökmdarın real tarixi deyil, arxetipin obrazını yaratmağa imkan verir. Patriarx obrazı konkret xüsusiyyətlərdən məhrumdur son dərəcə ümumiləşdirilmişdir. Nəticədə müəllif hakimiyyət ideyasının özünü, onun insan şüuruna magik təsirini təcəssüm etməyə nail olmuşdur.
Markesin nəsri mifoloji səciyyə daşıyır. Onun qəhrəmanlarının mifik cizgiləri aydın şəkildə öz ifadəsini tapmışlar. Bu baxımdan “Patriarxın” payızı mifin yaradılması xalq tərəfindən rasional şəkildə izah olunmayan xassələri mifə çevirməsi haqqında romandır. Əsərdə mifin yaradılmasının bütün mexanizmi açıqlanır: oxucunun gözləri qarşısında əvvəlcə qırıq-qırıq hadisələr, yarımçıq məlumatlar keçirlər, sonra onlar tədricən dünyanın mənzərəsinə çevrilirlər. Bu dünyanın mərkəzində isə yarımallah, yarıminsan durur. Bütün mifoloji qəhrəmanlar kimi o çox asanlıqla həyatın və ölümün sərhəddini aşıb keçir. Buna görə də həyat və ölüm ondan ötrü eyni durumlara çevrilirlər. Çünki oxucu onun yaşadığı yaxud olduğu haqqında dəqiq məlumata malik deyil. Patriarxın daim dəyişən siması onun həqiqətən hər iki dünyaya mənsub olması haqqında təsəvvür yaradır. Buna görə də bəzən o, incə cəngavər, bəzən fil ayaqlı, quzğun caynaqlı azman kimi nəzərə çarpır. O, dünyada bütün baş verənlərin səbəbi və səbəbkarıdır. Patriarx hansısa bir ölkədə yaşayır və bu ölkəni lap zamanın başlanğıcından idarə edir. O insanlara daim eyni dəyişən simalarda görünür, o gah ölür, gah dirilir. Onun ölüb dirilməsi tarixi xalqının tarixinə çevrilir. Patriarxın həyatı spiral kimi cərəyan edir; onun həyatı bir növ yenidən qurulur, elə təhkiyə də məhz bu prinsip əsasında qurulur: əsərin hər bir fəsli ölüm haqqında düşüncələrlə başlayır, hər bir epizod bir neçə dəfə nəql olunur və hər dəfə yeni təfərrüatları kəsb edir, deməli yeni-yeni ziddiyyətlər meydana gəlir. Romanın qəhrəmanının maksimum tipikləşdirilməsi tədqiqatçılara real şəkildə mövcud olmuş bütün diktatorların xassələrini üzə çıxarmaq imkanı yaradır: oxucu burada müxtəlif dövrlərdə və ölkələrdə yaşamış diktatorların ümumiləşdirilmiş cizgiləri ilə rastlaşırlar.


Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin