Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar


Mühazirə-22 Postmodernizm haqqında ümumi məlumat



Yüklə 88,35 Kb.
səhifə54/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Mühazirə-22
Postmodernizm haqqında ümumi məlumat
Postmodernizm anlayışını müasir mənada ilk dəfə ingilis tarixçisi və filosofu Toyubi 1946-cı ildə söhbət açmışdır. O Qərb sivilizasiyasının tarixini aşağıdakı şəkildə dörd dövrə bölməyi təklif etdi: 1) “qaranlıq” dövr, Orta əsrlər (1475-1875); 3) Modern dövr, 4) postmodern dövr. Postmodernizim dövrünün başlanmasını müxtəlif illərə aid edirlər. Bəzi tədqiqatçılar postmodernist dövrün 1955-ci ildə başlanması ideyasından çıxış edirlər. Amerikalı nəzəriyyəçi C.Cennis postmodernizmin meydana gəlməsini memarlıqla bağlayır və onun konkret tarixini də göstərir: o belə hesab edir ki, postmodernizm 15.06.1972-ci il tarixində heç kimin modernist binaya köçmək istəyini bəyan etməməsi günü başlamışdır. Bu binalar həddindən artıq tutqun və xoşagəlməz imişlər və onun fikrincə 11.09 2001-ci ildə Nyu-Yorkda ekiz binalar terror aktı nəticəsində partladıqları gün başa çatmışdır.
Mahiyyəti etibarilə postmodernizm ümumdünya-tarixi anlayışdır. Bu baxımdan postmodernizm incəsənətin bütün növlərinə, bütün mədəniyyətə, XX əsrin ikinci yarısında həyatın bütün sahələrinə aiddir. Məhz buna görə də postmodernizm XX əsrin ikinci yarısı-XXI əsrin əvvəllərində fəaliyyət göstərən bədii proses, bədii istiqamət, cərəyan, məktəb, estetika hesab etmək olar. Ümumi şəkildə postmodernizm bir sıra qeyri-realist cərəyanları ehtiva edir. Bəzi tədqiqatçılar haqlı olaraq belə hesab edirlər ki, postmodernizm inkarın inkarının nəticəsidir: modernizm akademik və klassik ənənəvi incəsənəti inkar edirdi, lakin XX əsrin sonunda özü ənənəvi xarakter kəsb etdi və bir bədii inkişafın yeni mərhələsinin meydana gəlməsinə səbəb oldu. Hələ 1917-ci ildə bir növ Qərb sivilizasiyasının inkişaf istiqamətlərinin dalana dirənəcəyini öncədən görən R.Pakuvis Avropa mədəniyyətinin böhranı kitabında yazırdı: Postmodern insan modernin doğurduğu nihilizmi və dekadansı dəf etməlidir. Postmodernizm müəyyən konseptrual ümumiliyə malik bir sıra bədii istiqamətləri özündə birləşdirir. Postmodernizmin bütün variantlarında insanın müasir dünyanın təzyiqinə tabe gətirməyib postinsana çevrilməsi problemi əsasdır. Postmodernizm həqiqətin vahidliyini qəbul etmir, alternativlik ideyalarından çıxış edir, hər bir durumda çoxlu variantların və bərabər həllolma yollarının mövcudluğu ideyasını irəli sürür. Postmodernizmin əsasında “artıq, hər şey baş vermişdir; dünyada yeni heç bir şey yoxdur” prinsipi durur. U. Ekonun dediyinə görə postmodernizmdə keçmiş qarşımıza müəyyən şərtlər qoyur, bizi buraxmır, bizi şantaj edir.


Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin