Mühazirə-23 Umberto Eko yaradıcılığı haqqında ümumi məlumat U. Eko italyan ədəbiyyatşünası, Orta əsrlər tarixi üzrə mütəxəssisi, yazıçısı, filosofu, estetiki, semiotiki, publisistidir. U. Eko müasir dövrün ən nüfuzlu semiotiklərindən biridir. O, humanitar biliyin demək olar ki, bütün sahələrində tətbiq olunan semiotika prinsiplərinin ümumi və özəl aspektlərini işləyib hazırlamışdır. işarənin klassik nəzəriyyəsini dərinləşdirən Eko sübuta yetirmişdir ki, ikonik işarə təsvir olunan predmetin xüsusiyyətlərindən daha çox onun qavranılması şərtlərini nəzərə alır. Bununla yanaşı resipiyent kodlar universal səciyyə daşımırlar və yalnız mədəni baxımdan şərtlənirlər. U. Eko klassik strukturalizmin struktur kateqoriyasına varlıq statusu vermək və ədəbiyyatşünaslıq təhlilində mətni mütləqləşdirmək konsepsiyalarını tənqid atəşinə tutdu. U. Eko “açıq əsər” konsepsiyasını irəli sürdü. Bu konsepsiyaya görə belə bir yanaşma geniş şərh imkanlarının mövcudluğundan xəbər verir. Ekonun fikrincə “açıq əsər” konsepsiyası əsəri bircə prinsip əsasında şərh etmək strategiyasına qarşı durur. əsərin belə bir modeli dünyanın xaotikliyi və dilin özünün ambivalentliyi haqqında avanqardist təsəvvürlərə uyğun gəlir. Lakin özünün daha gec əsərlərində Eko göstərirdi ki, “açıq əsər” konsepsiyası istənilən oxunan prinsipial subyektivliyi haqqında təsəvvürlərlə heç bir ümumi cəhətə malik deyil. Bu problemin izahında Eko “nümunəvi oxucu” anlayışını irəli sürür. Bu anlayışa görə oxucu oxu prosesində əsərdə müəyyən olunmuş problemlərin çərçivəsində hərəkət edir. Eko kütləvi mədəniyyətin ən görkəmli nəzəriyyəçilərindən biridir. O, bir tərəfdən bu sahənin problemlərini, digər tərəfdən kütləvi mədəniyyətin intellektual tərəfdən qavranılmasının spesifikasını tədqiq edir. Kütləvi mədəniyyətin dəyərləndirilməsində U. Eko digər postmodernistlərdən fərqli olaraq o kütləvi mədəniyyətin rolunu şişirtməyə meyl etmir. Lakin bununla yanaşı postmodernizmdə kütləvi və yüksək estetikanın yaxınlaşması faktını qeyd etmişdir. Eko seriya formalarının müasir incəsənətdə rolunu qeyd edir və göstərir ki, yeniliyi incəsənətin ən mühüm xüsusiyyəti hesab edən modernizmdən fərqli olaraq postmodernizm “təkrarolunmaz” prinsipinə üstünlük verir. U. Eko tərcümə ilə bağlı problemləri “Demək olar ki, eyni şey” əsərində geniş şəkildə işlətmişdir.