U. Ekonun “Qızılgülün adı” romanı Sənətkar əsəri 1980-ci ildə başa vurmuşdur. Yazıçının fikrincə roman müasir biliyin analoqu olan yeni “müasir” janrın nümunəsidir. Bu vəzifənin öhdəsindən gəlmək üçün U. Eko müasir Avropa mədəniyyətinin tərkib hissələri olan ekzistensializmə, freydizmə, marksizmə, semiotikaya müraciət etmişdir. Sitatların kodlar, yad sözə müraciət klassik mətnlərin motivlərini yeni konteksə daxil etmək romanın bədii məkanını təşkil edir. İstehza, eklektika, oyun romanın poetikasında aparıcı mövqeləri ələ keçirirlər, əyləncəlik isə əsas estetik prinsiplərdən birinə çevrilir. Romanda hadisələr XIV əsrdə benediktin monastrında cərəyan edirlər. Əsər Şerlok Holmes haqqında əsərləri xatırladan klassik detektiv nümunəsi əsasında qurulmuşdur. Baş qəhrəmanlar Baskervilli Vilhelmin və onun şagirdi Adsonun adları məşhur xəfiyyəsi və onun köməkçisinin adlarını xatırladır. U. Eko oxucunu inandırmağa çalışır ki, o, Orta əsrlərdə yaradılmış detektivlə tanış olur və onun qəhrəmanı monastrda baş vermiş çoxsaylı cinayətlərin üstünü açmalıdır. Lakin Baskervilli Vilhelm öz deduktiv metoduna baxmayaraq heç bir cinayətin üstünü aça bilmir. Nəticədə monaxlar məhv olurlar. Buradakı kitabxanadakı son dərəcə qiymətli əlyazmaları məhv olurlar.
U. Eko detektiv fabulasını ona görə seçir ki, sirrin açılması həmişə diqqəti cəlb edir. Lakin eyni zamanın fabulası metofiziki və fəlsəfi mənalara malikdir. Labirint romanın əsas simvollarından biridir. Şerlok Holmes haqqında əsərlər klassik klassik labirint prinsipi əsasında qurulmuşdur: Xəfiyyə bütün tapmacaları həll edir və şərin kökünü kəsir. Vilhelmin yaşadığı dünya başqa bir labirinti xatırladır-bu labirintin nə mərkəzi, nə periferiyası, nə çıxışı var. Hər bir yol başqa bir yolla kəsişə bilər. Gümanlar labirinti ilə hərəkət edən Vilhelm bütün qətllərin təşkilatçısını axtarır. Halbuki belə bir təşkilatçı yox imiş. O, məntiqi mövcud olmayan yerdə axtarırdı, o, qayda-qanun axtarırmış, halbuki dünyada qayda-qanun mövcud deyil. U. Eko detektivin klassik motivini XX əsrin mədəniyyəti nəzər nöqtəsindən aydınlıq gətirməyə cəhd edir. Yazıçı elə bir detektiv yaradır ki, onda faktiki olaraq heç bir şey aydın olmur; onun qəhrəmanı Orta əsrlər Şerlok Holmes rolunda çıxış edən Vilhelm növbəti parodiyadan başqa bir şey deyildi.
“