Mühazirə 1 XIX əsrin sonu-xx əsrin əvvəllərində mənəvi sarsıntılar



Yüklə 88,35 Kb.
səhifə51/59
tarix27.12.2023
ölçüsü88,35 Kb.
#199117
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   59
dünya edeb-3 fenninin muhazire materiallari muh1-23 (1)

Soljenitsinin yaradıcılığı
Qulaq arxipelaqı” əsəri (həbs düşərgələrinin baş idarəsi)
A. L. Soljenitsinin bu əsəri “bədii tədqiqat təcrübəsi” kimi dəyərləndirmişdir. Yazıçı bu əsəri 1958-ci ildə yazmağa başlamış, 1967-ci ildə başa vurmuşdur. “Qulaq arxipelaqı” əsəri son dərəcə gizli şəraitdə yazılmışdır, çünki sənətkar o dövrdə son dərəcə təhlükəli bir mövzunun yazılmasına girişmişdir: o, 1918-1956-cı illər sovet repressiv-cəzalandırıcı sistemi haqqında bədii tədqiqat əsəri yaratmaq vəzifəsini həyata keçirmək istəyirdi. Müəllif son dərəcə geniş tarixi material toplamış, o cümlədən sovet konsentrasiya düşərgələrinin 227 nəfər keçmiş məhbuslarının ifadələrindən istifadə etmişdir. Bu adamları zərbə altında qoymamaq üçün Soljenitsin 1968-ci ildə əsərinin mətninin Qərbə yollanmasına baxmayaraq onun nəşr olunmasını təxirə salmışdı. Yalnız 1973-cü ildə əsərinin bir sürətinin KQB tərəfindən ələ keçirildiyini öyrəndikdən sonra o, Qərbdə əsərinin nəşr olunmasına razılıq verdi. Əsərin işıq üzü görməsi Qərb ictimai fikrində bomba partlayışı effekti yaratdı. Kommunist sisteminin repressiv mahiyyəti bu əsərdə misli görünməmiş bədii inandırıcılıqla açıqlandı. Bu bir sıra qərb solçu intellektuallarının kommunist partiyalarını tərk etməsinə və açıq şəkildə öz dünyagörüşlərini yenidən nəzərdən keçirmələrinə səbəb oldu. Əlbəttə ki, sovet hakimiyyəti bütün əlində olan imkanlardan istifadə etməklə Soljenitsini nüfuzdan salmağa cəhd edirdi: 1974-cü ildə o SSRİ vətəndaşlığından məhrum olundu və Qərbi Almaniyaya sürgün edildi. Elə həmin il Soljenitsin “Məhbuslara və onların ailələrinə rus ictimai yardım fondu”nu təsis etdi. Sənətkar “Qulaq arxipelaqı” əsəri üçün ona verilən bütün qonorarı bu fondun hesabına köçürməyə başladı.
SSRİ-də bu kitab 1989-cu ildə nəşr olundu. “Qulaq arxipelaqı” əsəri “Bədii tədqiqat təcrübəsi” yarımsərlövhələrinə malikdir. Bu kitabın yarandığı durum-əsas sənədlərin əlçatmazlığı və buna görə onların mövzunun elmi təhlili üçün istifadə olunmasının qeyri-mümkünlüyü və eyni zamanda keçmiş məhbusların çoxsaylı ifadələri Soljenitsinin ənənəvi janrlar sistemindən kənara çıxmağa və yeni tipli bədii əsər yaratmağa vadar etdi. Bu əsərdə bədii-sənədli kütləvi ədəbiyyatın ünsürləri publisistika ilə birləşib vəhdət təşkil edirdilər. Bu əsərdə Soljenitsin Stalin dövrünü tənqid etməklə kifayətlənmir, artıq Leninin hakimiyyətdə olduğu dövrdə sovet hakimiyyətinin repressiv aparatının yaradılması və Leninin Stalindən heç də geri qalmayan qatil olmasını faktlarla sübuta yetirir. Soljenitsin milyonlarla adamın repressiyaya uğradılmasını heç də ayrı-ayrı adamların ayağına yazılmasına can atmırdı; o belə hesab edirdi ki, bütün günahlar bu qaniçənliyə, bu Allahsızlığa rəvac verən sistemin boynuna düşür.

Yüklə 88,35 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin