Mühazirə 10 Əsas alqoritmlər


Yerinə salmaqla çeşidləmə



Yüklə 24,09 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü24,09 Kb.
#38841
növüMühazirə
1   2   3   4   5   6
alqoritm

Yerinə salmaqla çeşidləmə
Sadə çeşidləmə üsullarından biri də əvvəlcədən nizamlanmış şərti ardıcıllıqda sonradan baxılan yazını açarın qiymətinə görə uyğun yerə salmaqla çeşidləmədir.

Fərz edək ki, Rj,.....,Rj-1 yazıları nizamlıdırlar. Baxılan Rj yazısı açarın qiymətinə görə bu yazıların arasında uyğun yerə salınır. Kj açarını növbə ilə Kj-1, Kj-2,...., açarları ilə müqayisə edib, Rj yazısının Ri və Ri+1 yazıları arasına salınmasını təyin etdikdən sonra Ri+1,......,Rj-1 yazılarını bir mövqe qədər yuxarı sürüşdürüb, yeni yazını i+1 mövqeyində yerləşdiririk. Bu əməliyyat cədvəlin bütün yazıları baxılanadək davam etdirilir.


Yerinə salmaqla çeşidləmə alqoritmi (Versal alqoritmi)


  1. Xarici dövrün hazırlanması. J=2,3,....,n üçün 2-5 mərhələlərini icra etməli və sonra 6-ya keçirməli.

  2. Daxili dövrün hazırlanması.

i=j-1 k:=kj R:=Rj

Sonrakı addımlarda i-nin azalma ardıcıllığı ilə k və ki müqayisə edilməklə R lazımi yerə salınır.



  1. k və ki-nin müqayisəsi Əgər k>=ki onda 5-ci addıma keçməli.

  2. Ri-ni sürüşdürməli, i-ni azaltmalı.

Ri+1:=Ri i:=i-1

Əgər i>0 olarsa 3-cü addıma qayitmalı.



Əgər i=0 olsa, onda k açarların içərisində ən kiçiyidir, odur ki, R 1-ci mövqedə yerləşdirilir.

  1. Yazının yerinə salınması.

Ri+1:=R 1-ci addıma qayıtmalı.

  1. Son. Alqoritmi bitirməli.

5-ci yazı emal olunduqda onun açarı orta hesabla ½ sayda nizamlanmış açarlarla müqayisə olunur. Odur ki, müqayisələrin ümumi sayı təxminən
MS=(1+2+….N)2=N/4 olur.
Yüklə 24,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin