Mühazirə 10. Oxu təliminin metodikası



Yüklə 131,74 Kb.
səhifə4/5
tarix01.01.2022
ölçüsü131,74 Kb.
#50719
növüMühazirə
1   2   3   4   5
Mühazirə 10. Oxu təliminin metodikası

10.4 Strategiyalı oxu 

Strategiyalı oxu nədir? Strategiyalı oxu şagirdlərin öz oxu fəaliyyətini təşkil və idarə etməsidir. Strategiyalı oxu düşünərək oxudur. Strategiyalı oxu zamanı şagird çevik düşünmək, sual vermək, keçmiş biliklərə əsaslanan yeni biliklər əldə etmək, fikir mübadiləsinə nail olmaq, nəticədə fikri dəqiq müəyyənləşdirmək və ondan həyati problemlərin həllində bəhrələnmək kimi bacarıqlara yiyələnir. Strategiyalı oxu prosesində şagird təqdim edilən mətnin mənasını dərk etməyi, problemı müəyyənləşdirməyi, mətnin oxusunu isə problemi həll etmə forması kimi dəyərləndirərək məqsədə nail olmaq üçün fəaliyyətini düşünülmş şəkildə təkil etməyi bacarır. ġagird gözlənilən nəticəni mətnin oxusuna baslamazdan əvvəl aydın təsəvvür edir və bilir:

 suallar cavablandırılmalıdır;

 plana əsasən oxu təşkil edilməlidir;

 uğurlu nəticə üçün daha nələr edilməlidir.

Strategiyalı oxu zamanı əsas məsələnin aşkar edilməsi, onların oxudan əvvəlki mövcud biliklərlə əlaqələndirilməsi, digər mətnlə müqayisə edilməsi, mətnin ssenarisinin qurulması və s. şagirdlərin idraki bacarıqlarını inkişaf etdirir Belə ki, şagirdlər yalnız mətndəki mənanı dərk etmir, həm də mənanın dərk edilməsi prosesini şüurlu təşkil edirlər. Bu, təfəkkürün inkişafından təxəyyülə doğru atılan ilk addım kimi dəyərləndirilə bilər. Məsələn:

- yaxşı oxumaq vərdişi aşılanır;

- təbiət və cəmiyyət hadisələri, eləcə də insanların əməyi haqqında anlayışlar verilir;

- uşaqların şüuru aydın və bədii obrazlarla zənginləşdirilir;

- onlarda yüksək əxlaqi keyfiyyətlər tərbiyə edilir;

- ana dilinə, kitaba məhəbbət və müstəqil kitab oxumağa həvəs oyadılır;

- uşaqlarda vətənpərvərlik, milli iftixar anlayışı yaradılır;

- uşaqların estetik zövqü inkişaf etdirilir;

- uşaq ədəbiyyatının ən gözəl nümunələri ilə tanış edilirlər;

- uşaqlarda ədəbiyyata dair ilkin təsəvvürlər yaradılır;

- müxtəlif janrda yazılmış əsərlərlə tanış olurlar;

- klassik və müasir dövr yazıçı və şairləri ilə tanış olurlar;

- Azərbaycan dilinin zənginlikləri ilə tanış olur, onun tükənməz imkanlara malik olduğunu hiss edirlər.

- Şagirdlərin lüğət ehtiyatı zənginləşir, nitq bacarıqları, nitq mədəniyyəti inkişaf edir.


Yüklə 131,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin