Mühazirə 10. Oxu təliminin metodikası


Sinifdənxaric oxunun metodikası



Yüklə 131,74 Kb.
səhifə5/5
tarix01.01.2022
ölçüsü131,74 Kb.
#50719
növüMühazirə
1   2   3   4   5
Mühazirə 10. Oxu təliminin metodikası

10.5 Sinifdənxaric oxunun metodikası

İbtidai siniflərdə uşaqların ətraf aləmlə, təbiətdə və cəmiyyətdə baş verən bütün hadisələrlə

tanışlıq üzrə artmaqda olan tələbatını yalnız sinif oxusu ilə təmin etmçək mümkün deyil.

Sinifdənxaric oxu sinif oxusunun davamı, onun inkişaf mənbəyidir. Sinif oxusu prosesində

şagirdlərin əldə etdikləri məlumatlar sinifdənxaric oxunun köməyi ilə dolğunlaşır, tamamlanır.

Şagirdlərin sinifdənxaric oxu prosesində əldə etdikləri informasiyalar hər hansı mətnin

inteqrasiya şəraitində tədrisinə imkanı yaranır. Bu işi şagirdlərin könüllü şəkildə, müstəqil

yerinə yetirəcəklərinə ümid bəsləmək olmaz. Sinifənxaric oxunun yekunlaşdırılmasına həsr

olunmuş dərslərin proqrama daxil edilməsi şagirdlər üçün tövsiyə olunan kitabların oxunmasını,

müəllim üçün isə onlara rəhbərlik edilməsini məcburi işə çevirir.

Sinifdənxaric oxu üzrə vərdişlər kiçikyaşlı məktəblilərdə tədricən yaranır. Onlar bir neçə il ərzində pillə-pillə bu vərdişlərə yiyələnir, müstəqil oxu üçün ədəbiyyatın növləri ilə tanış olur, arzu və marağına müvafiq ədəbiyyat seçməyi öyrənirlər. Bu dövrdə uşaqların oxuduqları əsərin məzmununu şüurlu yadda saxlamaq bacarığı yaranır. Bütün bunlar şagirdlərin oxu texnikasını və vərdişlərini inkişaf etdirir, onlarda oxumağa, öyrənməyə həvəsi xeyli artırır.

Sinifdənxaric oxu şagirdlərdə kitaba məhəbbət və daxili ehtiyac hissi oyadır, müntəzəm oxuya adət tərbiyə edir, onların dünyagörüşünü, bədii zövqünü inkişaf etdirir. Sinifdənxaric oxu şagirdlərə oxuduqlarının məzmununu müstəqil təhlil etməyi öyrədir.

Kitab kiçikyaşlı məktəblilərin dünyagörüşünü genişləndirir, onların təfəkkürünü, nitqini inkişaf etdirir, ümumi mədəni səviyyəsini yüksəldir, biliyini artırır, təlimdə yüksək müvəffəqiyyət qazanmalarını təmin edir. Sinifdənxaric oxunun təşkilində məqsəd həm də kiçikyaşlı məktəblilərə tərbiyəvi təsir göstərməkdən ibarətdir.

Sinifdənxaric mütaliə uşaqlarda yüksək insani hisslərin, əxlaqi keyfiyyətlərin tərbiyə olunmasını təmin edir.

Sinifdənxaric oxu bütövlükdə oxu prosesinin tərkib hissəsi olduğundan bu sahədə işə savad təlimi dövründən başlamaq lazım gəlir. Onun xarakteri, həcmi, məzmunu ildən-ilə dəyişməklə məktəbi başa vuranadək davam edir. Savad təlimi dövründə sinifdənxaric oxu müstəqil deyil, bilavasitə müəllim tərəfindən aparılır.

Fevralın ortalarında şagirdlər əlifba təlimini başa vurduqlarından, oxu texnikasına yiyələndiklərindən müstəqil mütaliəyə başlaya bilərlər. Bu dövrdən sinifdənxaric oxuya həftədə bir saat vaxt ayrılır. II sinifdə də şagirdlərin sinifdənxaric oxunun yekunlaşdırılmasına həftədə 1 saat vaxt ayrılır. Şagirdlər müstəqil mütaliə üzrə müəyyən vərdişlərə yiyələndikdən sonra (III-IV siniflərdə) bu işə iki həftədə bir saat verilir.

Sinif oxusu ilə sıx bağlı olan, sinifdə keçilən mövzulara tabe edilən belə məcburi oxudan əlavə şagirdlərin müstəqil mütaliəsi də təşkil edilir. Müstəqil mütaliə özbaşına, kortəbii mütaliə kimi başa düşülməməlidir. Sinifdənxaric oxunun bu növü müəllim, kitabxanaçı, valideyn və başqa yaşlının məsləhəti və köməyi ilə getməlidir. Müəllim hər bir şagirdin mütaliə marağının dairəsini, oxu texnikasına yiyələnmə səviyyəsini, ümumi inkişafını nəzərə alaraq müvafiq əsərin oxunmasını tövsiyə etməlidir.

Müəllim çalışmalıdır ki, şagird yalnız bədii əsərlər deyil, elmi-kütləvi əsərlər də oxumağa vərdiş etsin.

Bunun yerinə yetirilməsinə məktəb kitabxanaçısı da cəlb edilməlidir. Kitabın seçilməsində uşağa müəllim, həmçinin kitabxanaçı istiqamət verə bilər.

Sinifdənxaric oxunun üçüncü forması onun evdə təşkilidir. Müəllim hər bir şagirdin evdə kitabxanasının təşkilinə nail olmalıdır. Ev kitabxanasının yaradılması və uşağın müstəqil mütaliəsinin təşkili, onun yaşına müvafiq kitabın seçilməsi ilə əlaqədar valideynlərə məsləhət verilməlidir. Uşağın ad günündə, bayramlarda, adi günlərdə valideynlərin, qohumların uşağa maraqlı kitab hədiyyə vermələri bir adət şəklini almalıdır.

Sinifdənxaric oxu təşkil edilərkən müəllim şagirdlərin ümumi hazırlığını, sinifdənxaric oxu vərdişlərinə yiyələnmə səviyyələrini, məktəb və uşaq kitabxanaları ilə necə əlaqə saxlamalarını, evdə kitabxananın olub-olmamasını,

Sinifdənxaric oxu üçün materialın seçilməsi. Sinifdənxaric oxu üçün material seçərkən və onlarla işi təşkil edərkən aşağıdakı şərtlərə əməl olunmalıdır:

1. Sinifdənxaric oxu üçün, əsasən, bədii əsərlərə üstünlük verilməlidir.

2. Kiçikyaşlı məktəblilərə təqdim olunan hər bir əsər onların əqlinə və hisslərinə təsir göstərməlidir. Əsl vətəndaş tərbiyə etmək üçün həm ciddi, həm komik, həm şən, həm də qəmgin mətnlər seçilməlidir.

3. Əsər seçərkən müxtəlif janrlar: həm nağıl, həm hekayə, həm təmsil, həm də şeirlərin təqdim olunması nəzərdə tutulmalıdır.

4. Həm Azərbaycan, həm də xarici ölkə xalqları ədəbiyyatı nümunələri əhatə edilməlidir.

5. Sinifdənxaric oxu üçün seçilmiş mətnin həcmi çox böyük olmamalıdır. I sinifdə 120-150 sözdən ibarət mətnlə başlanan bu iş IV sinifdə 150 səhifəyədək mətnin oxusu ilə başa çatır.

6.Ədəbi parçalar şagirdlərin marağına, bilik səviyyəsinə, ətraf aləmlə tanışlığa uyğun olmalıdır.

7. Seçilmiş əsər dilinə, quruluşuna və bədii tərtibatına görə şagirdlərin hazırlığına uyğun olmalıdır.

8. Sinifdənxaric oxu məşğələləri mövzuya, materialın xarakterinə (bədii, elmi-kütləvi) görə rəngarəng olmalıdır.



9. Sinifdənxaric oxu üzrə tədbirlər (dərslər, səhnəciklər, görüşlər, viktorinalar, müsahibələr, sərgilər və s.) növbələşdirilməlidir.

10. Hər bir dərs, məşğələ pillə-pillə şagirdləri müstəqil mütaliəyə doğru aparmalıdır.
Yüklə 131,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin