Mühazirə 11 Silikatlar texnologiyası Plan. Saxsı istehsalı Yapışdırıcı maddələr



Yüklə 0,75 Mb.
səhifə10/12
tarix20.11.2023
ölçüsü0,75 Mb.
#165966
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
11 kopyası

R2O-qələvi metal oksidlərini (Na2O,K2O)
RO-qələvi torpaq metal oksidləri (CaO,BaO) və ağır metal oksidlərini (PbO,FeO,ZnO)
RO2(R2O3)-SiO2,Al2O3,B2O3 və s. oksidləri göstərir. Ən çox işlənən şüşə 3 komponentli sistem olub, Na2O CaO 6 SiO2 formulu ilə ifadə olunur.
Turşu oksidləri şüşəyə yüksək termiki, kimyəvi və mexaniki davamlılıq verir. Qələvi metal oksidləri şüşənin özlülüyünü, ərimə temperaturunu aşağı salır və bərkliyini azaldır, eyni zamanda bu oksidlər şüşənin termiki və kimyəvi xassələrini pisləşdirir.Şüşələr öz tərkibinə görə inşaat, memarlıq, texniki, kimyəvi, məişət, bədii və optiki şüşələrə bölünür.
Şüşə istehsal etmək üçün işlədilən süni və təbii xammallar 5 qrupa bölünür:
1.Şüşə əmələ gətirən maddələr-kvars qumu SiO2, soda Na2CO3, əhəngdaşı və ya tabaşir CaCO3, kaolin Al2O3 SiO2 2H2O və s.
2.Boyalar-şüşədə kolloid məhlul əmələ gətirən metalların oksidləri və s.Cu2O(qırmızı),CuSO4(göy)
3.Rəngboğanlar-bu maddələr şüşənin şəffaflığını itirir və onu süd kimi bulanıq edir.Bunlara-Ar,Sn,Pb-nun oksid və sulfitlərini göstərmək olar.
4.Rəngsizləşdiricilər-bu maddələri əlavə etdikdə şüşədə olan sarı və digər az intensiv rənglər aradan qalxır.Məsələn:MnO2 əlavə etdikdə FeO-dən əmələ gələn yaşıl rəng itir.
5.Qaz qarışıqlarından azad edən maddələr-şüşə kütləsinin bütöv olmasını təmin edir,NaNO3,NH4Cl və s.
Şüşənin bişirilməsi
Şixtanın bircinsli şüşə kütləsi alınana qədər əridilməsi şüşənin bişirilməsi adlanır.Şüşənin əridilməsi zamanı mürəkkəb fiziki-kimyəvi proseslər baş verir.Şixtanın əriməsi zamanı 2 qat duz əmələ gəlir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin