Mühazirə 11 Silikatlar texnologiyası Plan. Saxsı istehsalı Yapışdırıcı maddələr



Yüklə 0,75 Mb.
səhifə6/12
tarix20.11.2023
ölçüsü0,75 Mb.
#165966
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
11 kopyası

2KHCO3↔K2CO3+CO2+H20
Karbon qazı qurudulur, sonra təzyiq altında maye fazaya keçirilir və ya birbaşa qaz halında istifadə edilir.
Əhəngin söndürülməsi hidratorlarda aparılır. Əhəngin 3 hissə qum və yaxud eyni miqdarda sementlə və 9 hissə qumla qarışığı əhəng-sement məhlulu adlanır. Ondan kərpiclərin birləşməsi üçün, suvaq işlərində istifadə olunur. Kərpic hörgüsünün quruması zamanı su buxarlanıb ayrılır, Ca(OH)2-in kristalları isə məhluldan ayrılır. Havada olan karbon qazının təsirindən əhəngin karbonlaşması gedir.
Ca(OH)2+CO2→CaCO3+H2O
Bu proses çox yavaş gedir.
Hava əhəngindən ağ silikat kərpiclərin hazırlanmasında istifadə edilir. Bunun üçün 92-95% qum və 5-8% üyüdülüb söndürülmüş əhəng su ilə isladılır, söndürüldükdən sonra yarımquru üsulla kərpiclər formalaşdırılır. Kütlə arabacıqlara doldurulur, avtoklavlarda 8 atm təzyiq altında 175 -də qızdırılır. Nəticədə kalsium-hidrosilikat alınır (CaO SiO2 nH2O). Bu kristallar hesabına qum dənələri bir-biri ilə birləşir.Hava əhəngi söndürülmüş əhəng şəklində kimya sənayesində, şəkər sənayesində, suyun yumşaldılmasında və s. istifadə edilir.
Gips yapışdırıcılara-CaSO4 anhidridini misal göstərmək olar.Təbii gipsi susuzlaşdırmaqla almaq olar.
CaSO4 2H2O→CaSO4+2H2O
Bu prosesi tədricən də aparmaq olar.
CaSO4 2H20→CaSO4 0,5 H2O+1,5 H2O
Alınan yarımsulu gips anhidridə çevrilir.
CaSO4 0,5H2O→CaSO4+0,5 H2O
Bu proses 150-200 -də aparılır.Yarımsulu gips inşaat gipsi adlanır.Temperatur 600-1000 olduqda tam susuzlaşma gedərək anhidrid alınır.CaSO4 qismən parçalanır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin