Mühazirə 11 Silikatlar texnologiyası Plan. Saxsı istehsalı Yapışdırıcı maddələr



Yüklə 0,75 Mb.
səhifə5/12
tarix20.11.2023
ölçüsü0,75 Mb.
#165966
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
11 kopyası

3.Kimyəvi davamlılığa-yəni turş və əsasi mühitdə isti qazların təsirinə davamlı olmaq.
Bu tip saxsı məmulatlara silikatlı, alümosilikatlı, maqnezitli saxsılar aid edilir. Belə saxsılar 1550-1600 -yə davamlı olur.Maqnezitli odadavamlı materiallar 2000 -dən yüksək temperaturda belə öz forma və xassələrini dəyişmir.
Yapışdırıcı maddələr
Yapışdırıcı maddələr elə mineral maddələrə deyilir ki,onlar toz halında su ilə qarışaraq xəmirəbənzər plastik kütlə əmələ gətirir və qaldıqda bərkiyərək daşvari hala keçir.Yapışdırıcı maddənin plastik haldan bərk hala keçmə prosesinə tutma deyilir.Tətbiq sahələrinin müxtəlifliyindən asılı olaraq yapışdırıcı maddələr 3 qrupa bölünür:
1.Havada bərkiyən yapışdırıcı maddələr.
2.Havada və suda bərkiyən yapışdırıcı maddələr(hidravlik yapışdırıcılar)
3.Turşuya davamlı yapışdırıcı maddələr.
Havada bərkiyən yapışdırıcı maddələrə əhəng,gips,maqnezial sement aiddir.
Sənayedə əhəng CaCO3-ün yüksək temperaturda dissosiasiyasından alınır.
CaCO3↔CaO+CO2
Temperaturu artırıb,karbon dioksidi reaksiya zonasından çıxarmaqla reaksiyanın əhəngdaşının parçalanması istiqamətində getməsi ehtimalı artır. Əhəng daşının yandırılması 1200 temperaturda aparılır.Yaxşı növ əhəngdaşının tərkibində 1-2% mineral qarışıqlar və 6%-ə qədər su olur. CaCO3-ın miqdarı 87-95% olur.
Yanma şaxta tipli sobalarda aparılr. Soba silindrik formadadır, diametri 4,5 m-ə qədər, hündürlüyü 30m-dir. Sobanın xarici hissəsi adi kərpiclə, daxili hissəsi isə odadavamlı kərpiclə hörülür. Yanacaq kimi kömür, antrasit, təbii və ya generator qazından istifadə edilir.
Əhəng istehsalı qurğusu


1.şixta ötürücü; 2.adi kərpic hörgü; 3.odadavamlı kərpic;
4.yükləyici qıf ; 5.tənzimləyici konus; 6.havaverici boru;
7.qaz çıxması üçün boru ; 8.”ilbiz”; 9.”ilbiz”in qapağı
Şixta yükləyici qıf vasitəsilə sobaya daxil edilir. Soba boyu şixtanın bərabər paylanması üçün soba paylayıcı konusla təchiz olunur. Sobanın yuxarı hissəsində şixta, çıxan qazlarla qızdırılır və qurudulur. Sobanın mərkəzi hissəsində yanacağın yanması nəticəsində temperatur 1000-1200 -yə qədər yüksəlir və nəticədə CaCO3 parçalanır, əmələ gələn CO2-nin bir hissəsi kömürlə reaksiyaya girib dəm qazı əmələ gətirir və yanır.
Sobanın aşağı hissəsində yanmış əhəng aşağıdan daxil olan soyuq hava vasitəsilə soyudulur. Sobanın döşəməsi hərəkətlidir və “ilbiz” adlanır. Aşağı hissənin öz oxu ətrafında fırlanması nəticəsində əhəng sobanın aşağı kəsiyinə tərəf hərəkət edir. Sobanın məhsuldarlığı 120-150 tondur.
Sobadan çıxan qazların 30% karbon-4 oksiddir. Karbon-4 oksiddən müxtəlif kimya istehsalatlarında(soda,şəkər) və bərk karbon turşularının hazırlanmsaında istifadə olunduğu üçün o tutulur. Qaz elektrik süzgəclərində tozdan təmizləndikdən sonra su ilə yuyulur, sonra potaş məhlulu ilə udulur. Alınan K2CO3 70-80 temperaturda qızdırılaraq parçalanır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin