Mühazirə 11 Silikatlar texnologiyası Plan. Saxsı istehsalı Yapışdırıcı maddələr


CaO SiO2- 3 kalsiumlu silikat 37-60% 2



Yüklə 0,75 Mb.
səhifə8/12
tarix20.11.2023
ölçüsü0,75 Mb.
#165966
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
11 kopyası

1. 3 CaO SiO2- 3 kalsiumlu silikat 37-60%
2. 2 CaO SiO2-2 kalsiumlu silikat 15-37%
3. 3 CaO Al2O3-3 kalsiumlu alüminat 7-15%
4. 4 CaO Al2O3 Fe2O3 və MgO – 4 kalsiumlu alümoferrit 10-18%
Portland sementi 2 üsulla almaq olar:
1.Yaş üsul(əksər hallarda isifadə edilir) 2.Quru üsul
I üsulda xammal xırdalandıqdan və üyüdüldükdən sonra kürəvari dəyirmanlarda su mühitində qarışdırılır.Bu zaman tərkibində 35-40% su olan olan qatı suspenziya-şlam alınır.Dəyirmandan çıxan şlama lazım olan əlavələr edilib, yaxşı qarışdırmaq üçün dəmir betondan hazırlanmış və qrışdırıcı ilə təchiz olunmuş hovuza verilir. Xammal qarışığı fırlanan barabanlı sobalarda bişirilir. Barabanın uzunluğu 185 m, diametri 5 m-ə yaxın olur. Poladdan hazırlanır.Sobanın içərisi odadavamlı kərpiclə hörülür, sobanın içi 2-5 mailliklə qurulur. Boruya polad halqalar-bandaj taxılır. Bunların köməyi ilə elektrik mühərriki və dişli çarx vasitəsilə fırlanan soba davamlı diyircəklər üzərində yellənir. Xammal (şlam) hovuzdan sobaya daxil olaraq yanacaq qazlarının əksinə hərəkət edir. Xammalın sobada hərəkəti onun fırlanması hesabına baş verir.Soba kömür tozu, qaz yanacaq və ya mazutla qızdırılır.
Şlamdan ardıcıl olaraq suyun buxarlanması, materialın dehidratasiyası, əhəngdaşının parçalanması 1200 -də CaO alınır və CaO ilə gil komponentləri (SiO2,Fe2O3,Al2O3)arasında kimyəvi reaksiyalar gedir.
Bişirilmə zonasının temperaturu 1450 olur. Burada əsas proses-klinkerin əmələ gəlməsi ilə başlanır. Alınan klinker soyuq hava ilə soyuducularda soyudulur. Klinker anbarlara 50-60 -də daxil olur və orada müəyyən müddət saxlanılır.10-15 gün anbarda saxlanılan klinker xırdalanır, sement dəyirmanında üyüdülüb toz halına salınır (0,1 mm).Sementin bərkimə prosesini tənzimləmək üçün gips əlavə edilir.
Sement istehsalı qurğusu



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin