Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları



Yüklə 209,22 Kb.
səhifə16/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   80
Ali mekteb Pedaqoqikasi

3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları
Təlim prosesinin metodoloji əsasını fəlsəfənin idrak nəzəriyyəsi təşkil edir. İdrak dünyanın insan şüurunda əks olunması prosesidir. Bu proses üç pillədən keçir: hissi idrak, məntiqi idrak, praktika. Dünyanın dərk olunması hissi idrakdan başlayır: hiss üzvlərinin köməyi ilə insanda ətraf aləm haqqında duyğular, qavrayış və təsəvvürlər yaranır. Bu yolla əldə olunan faktik materiallar (qavrayış və təsəvvürlər) məntiqi idrakda – mücərrəd təfəkkürdə təhlil olunur, ümumiləşdirilir. Mücərrəd təfəkkürdə çıxarılan nəticələr praktikada yoxlanılır; praktika – biliklərin həqiqiliyinin əsas meyarıdır. Təlim prosesi də idrakın bir növüdür. Tələbənin (şagirdin) öyrənmə yolu bir çox cəhətdən idrak yoluna əsaslanır.
Tələbənin təlim (öyrənmə) yolu idrak yoluna müvafiqdir. Lakin onunla tam eyni deyildir; müəyyən fərqli cəhətləri, özünəməxsus xüsusiyyətləri vardır. Bu fərqi idrak məqsədində (alim yeni qanunları üzə çıxardır, tələbə isə elmə məlum olan bilikləri öyrənir), idrak pillələrinin sistemində (elmi idrakdan fərqli olaraq təlimdə pillələrin ardıcıllığı dəyişir, möhkəmlətmə pilləsinə ehtiyac duyulur), idraka rəhbərlik işində (alimdən fərqli olaraq tələbənin idrak fəaliyyəti müəllimin rəhbərliyi altında gedir) və s. özünü göstərir.
Öyrənmə prosesinin təbii-elmi və psixoloji əsasları. Öyrənmə prosesinin təbii – elmi əsasını ali sinir fəaliyyəti haqqında təlim təşkil edir (İ.M.Seçenov, İ.P.Pavlov). Ali sinir fəaliyyətinin bir çox qanunauyğunluqları təlim-tərbiyə prosesini düzgün təşkil etməyə, mənimsəmənin səmərəsini yüksəltməyə kömək göstərir. Təlim prosesində fizioloji qanunauyğunluqlarla yanaşı, müəyyən psixoloji qanunauyğunluqlar da özünü göstərir.
Mənimsəmənin psixoloji əsasları. Biliklərin mənimsənilməsi prosesini yaxşı başa düşmək və idarə etmək üçün onun psixoloji mexanizmini bilmək vacibdir. Təlimdə tələbənin öyrənmə yolu bir neçə mərhələdən – qavrama, anlama, möhkəmlətmə və tətbiqetmə proseslərindən keçir. İdrak prosesinin pillələrindən hər hansı birinə etinasızlıq göstərmək mənimsəmənin nəticəsinə mənfi təsir edir: qavramasız anlama, anlamasız digər ünsürlər mümkün deyildir. Anlama olmadan şüurlu mənimsəmə baş tutmaz; mexaniki öyrənmə təlimdə formalizm, əzbərçilik yaradır.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin