Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə17/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   80
Ali mekteb Pedaqoqikasi

4. Təlimin qanunları və prinsipləri
Təlimin özünəməxsus qanunları vardır. Onların dərk edilməsi və düzgün nəzərə alınması təlim prosesinin səmərə və keyfiyyətini artırmağa, onu elmi əsasda idarə etməyə imkan verir. Əksinə, bu qanunlara laqeyd yanaşdıqda təlim kortəbii xarakter daşıyır, lazımi nəticə vermir. Təlim prosesini düzgün idarə etmək üçün, ilk növbədə, “qanunauyğunluq”, “qanun”, “prinsip” və “qayda” məfhumlarının mahiyyətini yaxşı başa düşmək lazımdır. Təlimin qanunauyğunluqları dedikdə, bu prosesə obyektiv şəkildə xas olan ümumi, mühüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Təlimin qanunları bu prosesdə özünü göstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın, dəqiq, məntiqi ifadəsidir. Təlimin qanunları təlim prinsiplərində öz əksini tapır. Təlim prinsipləri təlimin qanunlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət normaları, əsas tələblərdir. Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasında çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir. Təlimin ünsürləri və qanunları ilə prinsipləri arasındakı əlaqələri nəzərdən keçirək (bax: sxemə).
Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki real təcrübədə təlim vahid, bütöv bir proses kimi cərəyan edir. Prinsiplərin mahiyyətini ayrılıqda nəzərdən keçirək:
Təlimin həyatla əlaqələndirilməsi prinsipi. Bu prinsip təlimi təkcə kitab üzrə deyil, həyatla sıx əlaqəli şəkildə qurmağı nəzərdə tutur. Belə əlaqə təlimə şüurlu xarakter verir, fənnin həyati əhəmiyyətinin başa düşülməsinə kömək edir, ona marağı artırır. Prinsipin tətbiqi aşağıdakı qaydalara əməl etməklə bağlıdır:
- fənnin, mövzunun həyati əhəmiyyətini başa salmaq;
- təlimin məzmununu həyatla əlaqələndirmək;
- keçilən mövzuları tələbələrin təsəvvürləri, müşahidələri, həyati təcrübələri ilə əlaqələndirmək;
- bilikləri müxtəlif növ praktik işlərə tətbiq etmək.
Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi. Bu prinsip təlimdə öyrətmə, tərbiyə və psixi inkişaf vəzifələrini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Təlim özlüyündə birbaşa tərbiyəedici və inkişafetdirici təsir göstərmir; bu məqsədlə təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəllim təlimin imkanlarından (məzmun, metod, təşkili forması və s.) istifadə edərək tələbələrdə ideya-mənəvi keyfiyyətlər, nəcib hisslər aşılamaq, psixi prosesləri inkişaf etdirmək qeydinə qalmalıdır. Bu prinsipin tətbiqi üçün müəyyən qaydalara əməl etmək lazımdır: - təlimdə biliklərin keyfiyyətinə (sistemliliyinə, dərk olunmasına) diqqət yetirmək; - keçilən bilikləri bir-birilə əlaqələndirmək (fəndaxili, fənlərarası əlaqələr); - yeni biliklərə tələbat, maraq yaratmaq; - təlimin imkanlarından tərbiyə və psixi inkişaf üçün səmərəli istifadə etmək.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin