Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə15/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   80
Ali mekteb Pedaqoqikasi

Təlim prosesinin quruluşu. Təlim prosesi mürəkkəb quruluşa malikdir. Onun iki tərəfi – daxili və zahiri tərəfləri fərqləndirilir. Təlim prosesinin daxili quruluşu dedikdə, tələbənin təlim – idrak fəaliyyətinin struktur ünsürləri başa düşülür. Təlim prosesinin daxili quruluşunu sxematik olaraq belə ifadə etmək olar:
Təlimin məqsəd və vəzifələri - Təlimin motivləri - Təlimin məzmunu – Təlimin vasitə və metodları- Təlimin təşkili metodları formaları - Təlimin nəticələri
Təlim prosesinin daxili quruluşu onun zahiri quruluşu ilə vəhdət təşkil edir. Təlim prosesinin zahiri quruluşu dedikdə, bu prosesin iştirakçıları olan müəllim və tələbələr, habelə təhsilin məzmunu başa düşülür. Təlim prosesinin uğuru təhsilin optimal məzmununun müəyyənləşdirilməsindən, müəllim və tələbənin fəaliyyətinin düzgün əlaqələndirilməsindən çox asılıdır. Müasir təlim nəzəriyyəsi öyrədən və öyrənənlərin qarşılıqlı fəallığına, əməkdaşlığına əsaslanır. Əməkdaşlıq dedikdə, müəllim və tələbənin eyni məqsədə çatmaq üçün birgə fəaliyyət göstərməsi, hər ikisinin təlimdə fəal mövqe tutması, son nəticə üçün məsuliyyət hiss etməsi başa düşülür. Bəzən təlimin nəticəsi üçün bütün məsuliyyət bir tərəfin üzərinə – ya müəllimin, ya da tələbənin üzərinə qoyulur: “Pis tələbə (şagird) yoxdur, pis müəllim var”, yaxud “Pis müəllim yoxdur, pis tələbə var”. Hər iki mövqe yanlışdır. Təlimin nəticəsi üçün hər iki tərəfin – müəllimin və tələbənin öz məsuliyyət payı vardır: hər kəs öz üzərinə düşən vəzifəni yüksək səviyyədə, məsuliyyətlə yerinə yetirməlidir. Müasir təlimdə müəllimin rolu dəyişir: o, biliklərin ötürücüsü yox, daha çox tələbənin fəal idrak fəaliyyətinin təşkilatçısı, pedaqoq-menecer, məsləhətçi kimi çıxış edir. Ali məktəbin tədris prosesində müəllimin öyrətmə fəaliyyətinin quruluşu bir neçə ünsürdən ibarətdir:
- tələbənin təhsil-idrak fəaliyyətinin təşkili (məqsəd qoyuluşu, motivasiya, problem situasiya yaradılması, təlimatlandırma, istiqamətləndirmə);
- tələbə fəaliyyətinin stimullaşdırılması (maraq, borc və məsuliyyət hissi); - tələbənin yaradıcı müstəqil işə cəlb edilməsi;
- nəzarət və tələbənin özünənəzarətinin təşkili;
- tələbənin təhsil-idrak fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndirilməsi. Tələbənin tədris-idrak fəaliyyətinin quruluşu isə aşağıdakı ünsürlərdən ibarətdir: - məqsədin dərk edilməsi;
- motivləşmə;
- təhsil əməliyyatlarının icrası (müstəqil işin, öyrənmənin səmərəli priyomlarının tətbiqi);
- özünənəzarət və özünüqiymətləndirmə.
Təhsilin müvəffəqiyyəti tələbənin qeyd edilən ünsürlərə nə dərəcədə yiyələnməsindən asılıdır. Çox vaxt tələbə tənbəlliyi üzündən yox, öyrənməyi və müstəqil işləməyi bacarmaması üzündən pis oxuyur. Buna görə də müəllim tələbələrdə təlim fəaliyyətinin, onun ünsürlərinin formalaşması qeydinə qalmalıdır. Belə olduqda təlimi özünütəhsillə, nəzarəti özünənəzarətlə, qiymətləndirməni özünüqiymətləndirmə ilə birləşdirmək, təhsildə yüksək nəticələr əldə etmək mümkündür.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin