Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə42/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   80
Ali mekteb Pedaqoqikasi

Qiymət meyarları. Bilik və bacarıqların qiymətləndirilməsi üçün müxtəlif meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir (5 baldan 100 bala qədər). Boloniya prosesinə daxil olan ölkələrdə vahid qiymət meyarı – 100 bal tətbiq olunur. Azərbaycanın ali məktəbləri də çoxballı qiymət sisteminə keçmişdir. Qiymətləndirmə «Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə»yə uyğun olaraq aparılır (Əsasnamə təhsil nazirinin 15.05.2003-cü il 420 saylı əmri ilə təsdiq olunmuşdur). Tələbələrin imtahanlarda, məşğələlərdə cavabları qiymətləndirilərkən müvafiq meyarlardan istifadə olunur. Qiymət balları müxtəlif göstəricilər əsasında verilir. Qiymətləndirmədə nəzərə alınan əsas göstəricilər bunlardır:
a) biliyin həcmi (proqram materialları tam və ya qismən mənimsənilib?);
b) biliyin dərk edilməsi (şüurlu, yoxsa mexaniki öyrənilib, tələbə keçilmiş materialı nə dərəcədə başa düşür, cavabı düzgündürmü, fikirlərini əsaslandıra bilirmi, müstəqil fikir söyləyə bilirmi?);
c) biliyin tətbiqi (tələbə nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?);
ç) biliyin ifadə olunması (tələbə fikirlərini ədəbi dildə düzgün ifadə edə bilirmi, danışığında və yazıda səhvlərə yol verirmi?).
Tələbənin biliyinin qiymətləndirilməsi zamanı təlim formalarının, ayrı-ayrı iş sahələrinin xüsusiyyətləri nəzərə alınmalıdır. İmtahana görə qiymət ballarının hesablanması. Balların maksimum miqdarı 50-dir. Tələbə imtahanda biletə düşən 5 suala cavab verməlidir. Hər sualın cavabı maksimum 10 balla qiymətləndirilir. İmtahanın qiymət meyarları aşağıdakı kimidir:
10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
9 bal – tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir.
8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.
7 bal – tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir.
6 bal – tələbənin cavabı əsasən düzgündür.
5 bal – tələbənin cavabında çatışmazlıqlar var, materialı tam əhatə edə bilmir.
4 bal – tələbənin cavabı qismən doğrudur, lakin materialı izah edərkən bəzi səhvlərə yol verir.
3 bal – tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır.
1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.
0 bal – suala cavab yoxdur.
Tələbələrin imtahanda aldıqları qiymət balları imtahana qədər semestr (tədris ili) ərzində topladığı ballara əlavə olunur. Konkret fənn üzrə toplanmış balın yekun miqdarına görə tələbənin biliyi aşağıdakı kimi qiymətləndirilir: 91 - 100 bal – «əla» (A); 81 - 90 bal – «çox yaxşı» (B); 71-80 bal – «yaxşı» (C), 61-70 bal – «orta» (D); 51 - 60 bal «kafi» (E); 50-dən az – «qeyri-kafi» (F). Tələbənin semestr ərzində topladığı bal 17-dən az olduqda o, imtahana buraxılmır. İmtahanda aldığı balın miqdarı 17-dən az olduqda onun imtahan balları semestr (tədris ili) ərzində topladığı bala əlavə olunmur; o, həmin fəndən krediti toplamamış hesab olunur. Belə tələbələr tədris ilinin sonunda (yayda) həmin fəndən tam kursu yenidən keçərək imtahana buraxılırlar. Bu dəfə də imtahandan lazımi bal toplaya bilməsələr, növbəti ildə həmin fənni yenidən keçməli olurlar. Seminar məşğələlərinə görə balların hesablanma qaydası belədir (bakalavr pilləsi üçün):
1) Jurnalda ballar toplanır (4+5+6=15 bal);
2) Orta bal tapılır (15: 3=5 bal);
3) Alınan nəticə fənnin maksimum bal həddinə vurulur (52,5 = 12,5 bal).
Seminar məşğələləri üzrə yekun balların düzgün çıxarılması üçün fənni tədris edən müəllim məsuliyyət daşıyır. Mühazirə mətnlərinin tərtibinə görə balların hesablanması. Mühazirə mətnlərinin qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında aparılır:
5 bal – tələbə keçilən bütün mövzuları (plan maddələri üzrə) tam əhatə edir, verilmiş ədəbiyyatlar əsasında əlavələr edir.
4 bal – tələbə bütün mövzuları (plan maddələri üzrə) əhatə edir.
3 bal – tələbə keçilən mövzuları, əsasən, əhatə edir (70-80%).
2 bal – tələbə mühazirə materiallarını qismən əhatə edir (50-70%).
1 bal – tələbə mühazirə materiallarını müəyyən dərəcədə əhatə edir (50%-dək).
0 bal – mühazirə mətnləri yoxdur.
Təlimin digər formalarında nəticələrə görə balların hesablanması Əsasnamə tələblərinə müvafiq şəkildə həyata keçirilir. Hər bir iş formasına müvafiq ballar ayrılır: laborator məşğələsinə – maksimum 10 bal, davamiyyətə – 5 bal, fərdi isə – 10 bal, kurs işinə (layihəsinə) – 10 bal, istehsalat və pedaqoji təcrübəyə – 100 bal, buraxılış işinə – 100 bal nəzərdə tutulur.


Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin