Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Təlimdə nəzarət və qiymətləndirmə



Yüklə 209,22 Kb.
səhifə41/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   80
Ali mekteb Pedaqoqikasi

7. Təlimdə nəzarət və qiymətləndirmə
Təlim müvəffəqiyyətinə nəzarət. Ali məktəbdə müvəffəqiyyətə nəzarət, biliyin yoxlanması və qiymətləndirilməsi təlim prosesində mühüm yer tutur, bu prosesin vacib bir ünsürünü təşkil edir. Nəzarətin məqsədi tələbənin bilik, bacarıq və vərdişlərinin keyfiyyətini aşkara çıxarmaqdan, onların qarşıya qoyulmuş məqsədə uyğunluq dərəcəsini müəyyən etməkdən ibarətdir. Nəzarət müvəffəqiyyətin hesaba alınması, yoxlama və qiymətləndirmə ilə sıx bağlıdır. Hesabaalma (uçot) nəzarətin müəyyən sənədlərdə (jurnallarda, imtahan vərəqələrində və s.) əks olunmasıdır. Yoxlama nəzarət prosesi, onun vasitəsidir. Qiymət yoxlamanın nəticəsi, müvəffəqiyyətin kəmiyyət göstəricisi, onun balla (rəqəmlə) ifadəsidir. Nəzarət monitorinq, diaqnostika anlayışları ilə də sıx bağlıdır. Monitorinq təlim (yaxud mənimsəmə) prosesinin mövcud vəziyyəti və səviyyəsinin öyrənilməsi, əldə olunan nəticələrin qarşıya qoyulmuş məqsədlər baxımından təhlil edilib qiymətləndirilməsi (diaqnostika), keyfiyyəti yüksəltmək yollarının müəyyən edilməsi (proqnozlaşdırma) və bu məqsədlə lazımi korreksiya işi aparılması proseslərini özündə birləşdirən müntəzəm nəzarət deməkdir. Deməli, monitorinqdə nəzarət, diaqnostika, qiymətləndirmə, korreksiya və proqnozlaşdırma kimi proseslər vəhdət halında çıxış edir. Diaqnostika təlim prosesinin başvermə şəraitini, nəticələrini, nöqsanlarmı üzə çıxarmaq, onları təhlil edib qiymətləndirmək, sonrakı inkişafını proqnozlaşdırmaq kimi elementləri özündə birləşdirən mürəkkəb sistemdir. Pedaqoji nəzarət bir neçə funksiyanı yerinə yetirir: yoxlama, diaqnostik, proqnostik, təhsil, tərbiyə funksiyası. Pedaqoji nəzarət müəyyən prinsiplər əsasında həyata keçirilir: nəzarətin sistemliliyi, fərdiliyi, hərtərəfliliyi, obyektivliyi prinsipləri. Ali məktəbdə pedaqoji nəzarət müxtəlif növlərdə olur. Keçirilmə vaxtı və həll etdiyi vəzifələrə görə nəzarətin bir neçə növü fərqləndirilir: cari (gündəlik), tematik (iri mövzu və bölmələr üzrə), dövri (vaxtaşırı, yarımildə iki-üç dəfə, semestrin sonunda), yekun nəzarət (kurs bitdikdə, imtahanlar, kurs işi, buraxılış işi və diplom müdafiəsində). Nəzarətin əhatə dairəsindən, tələbə tərkibindən asılı olaraq fərdi, qrup və frontal nəzarət formalarından istifadə olunur. Nəzarət müxtəlif metodların vasitəsilə aparılır. Yoxlama və hesabaalma zamani istifadə olunan ümumi metodlara aşağıdakılar daxildir: şifahi və yazılı sorğular, yoxlama işləri, hesabatlar, referat işləri, icmallar, kurs və diplom işləri, yaradıcı tapşırıqlar, seminarlar, kollokviumlar, tələbə fərdi işləri, qrafik işlər (sxem və çertyojlar), kurs və diplom işləri, məqbul (zaçot) və imtahanlar (şifahi və yazılı), maşınlı nəzarət və proqramlaşdırılmış nəzarət, test yoxlamaları, özünənəzarət. Göstərilən metodların vəhdəti pedaqoji nəzarətin və bütövlükdə təlim prosesinin səmərəliliyini təmin etmək baxımından böyük əhəmiyyətə malikdir. Təlim müvəffəqiyyətinin qiymətləndirilməsi. Təlimdə nəzarət, yoxlama müvəffəqiyyətin qiymətləndirilməsi ilə nəticələnir. Qiymətləndirmə təlim prosesini tamamlayan pillədir. O, təlimin səmərə və keyfiyyətini yüksəltməyə, əks əlaqə yaratmağa, tələbələrin bilik və bacarıqlarındakı uğurlu və zəif cəhətləri aşkara çıxarmağa kömək edir. Qiymətləndirmə bir neçə funksiyanı yerinə yetirir: nəzarət, öyrədici, stimullaşdırıcı, tərbiyə funksiyaları. Qiymət çox incə bir pedaqoji vasitədir; o, tələbələri həvəsləndirə də bilər, ruhdan sala da bilər. Hər şey qiymətin necə verilməsindən, ədalətli olub-olmamasından asılıdır. Qiymətləndirmə zamanı bəzi şərtləri gözləmək lazımdır:
1) qiymət obyektiv, ədalətli olmalı, tələbənin faktik bilik səviyyəsini düzgün əks etdirməlidir. Qiyməti «şişirtmək» və ya «kəsmək», bu zaman əliaçılıq və ya xəsislik etmək eyni dərəcədə zərərlidir: birinci halda tələbələrdə arxayınçılıq, ikinci halda isə öz qüvvəsinə inamsızlıq baş verir. Buna yol verməmək üçün qiymətin müvafiq normalara, meyarlara tam uyğun olmasını təmin etmək lazımdır;
2) verilən qiymət tələbələr tərəfindən dərk olunmalıdır: müəllim qiyməti (rəqəmi) sadəcə elan etməklə kifayətlənməməli, onu əsaslandırmalıdır. Yəni tələbənin nə üçün «kafi», «qeyri-kafi», «yaxşı» və «əla» qiymət aldığını sözlə xarakterizə etməlidir. Bu halda tələbə öz nöqsanlarını başa düşər, müəllimi ədalətsizlikdə təqsirləndirməz;
3) qiymətləndirmə zamanı tələbənin təkcə nəyi öyrənməsini deyil, həm də necə öyrənməsini — şüurlu, yoxsa mexaniki öyrənməsini, materialı dərk etdiyini, yoxsa əzbərlədiyini nəzərə almaq lazımdır. Bu, tələbələrin təlimə şüurlu yanaşmalarında, mühüm rol oynayır. Çünki tələbələr müəllimin sorğu metodikasına uyğun olaraq təlim materiallarını öyrənir, məşğələdə cavab verməyə hazırlaşırlar.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin