Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 209,22 Kb.
səhifə28/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   80
Ali mekteb Pedaqoqikasi

Problem-axtarış metodları təlimdə tələbələrin zehni fəallığını, müstəqilliyini təmin edən metodlardır. Bu halda tələbələr qarşısında müəyyən problemlər qoyulur və onlar bu problemlərin həllinə cəlb edilir. Tələbələrin zehni fəallığının səviyyəsindən asılı olaraq problem-axtarış metodları müxtəlif növlərdə olur: problemli şərh (müəllim problemi özü həll edir), qismən axtarış (problem qismən tələbələrin iştirakı ilə həll olunur), tədqiqatçılıq (problem tələbələr tərəfindən müstəqil həll olunur) metodları. Problemli təlimin pillələrinə aşağıdakılar daxildir:
1) fakt və hadisələrin müşahidəsi və təhlili;
2) problemin (həlli tələb olunan məsələnin) qoyuluşu;
3) problemin həlli yollarının axtarışı (kollektiv müzakirəsi): fərziyyələrin irəli sürülməsi və yoxlanması;
4) problemin həllinə dair nəticə çıxarılması. Müəllim tələbələri problemli təlimin bütün mərhələlərinə cəlb etməli, elmi idrak metodları ilə onları tanış etməli, tədricən problemin müstəqil həlli üçün tədqiqatçılığa alışdırmalıdır.
3. Bacarıq və vərdişləri formalaşdıran metodlar. Bu metodlar nəzəri biliyi tətbiq etdirməklə bacarıq və vərdiş yaratmaq məqsədi güdür. Bu qrupa çalışmalar, praktik və laborator işlər, didaktik oyunlar və s. daxildir. Çalışmalar metodu bir çox fənlərdə geniş yayılmış metoddur. Çalışmalar müxtəlif növdə olur: yazılı, şifahi, qrafik, musiqi, bədən tərbiyəsi çalışmaları. Tələbələrin müstəqillik səviyyəsindən asılı olaraq çalışmaların üç tipi ayırd edilir: nümunə üzrə çalışmalar (hazır nümunə əsasında icra edilir), variativ çalışmalar (biliklərin yeni şəraitdə tətbiqinə əsaslanır), yaradıcı çalışmalar (biliklərin müxtəlif hallara yaradıcı tətbiqinə əsaslanır). Praktik işlər nəzəri bilikləri hər hansı əməli işlərə tətbiq etmək metodudur: ölçmə, hesablama işləri, tədris-təcrübə sahəsində iş, bitki becərilməsi, təcrübəçilik və konstruktorluq işləri və s. Praktik işlər müəllimin təlimatı ilə başlayır: müəllim nəyi və necə görmək haqda izahat verir. Sonra tələbələr əməli işi müstəqil yerinə yetirirlər. Müəllim bu zaman nəzarət edir, istiqamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb qiymətləndirilir. Laborator məşğələlər tələbələrin müstəqil təcrübələr və müşahidələr aparması metodudur. Məs., mikroskop altında canlıları öyrənmək, hava, bitki və heyvanlar üzərində uzunmüddətli müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə işlərdəndir. Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar. Frontal məşğələdə bütün tələbələr eyni işi, təcrübəni yerinə yetirir, praktikum zamanı isə kiçik qruplarla (3-5 nəfərlik) müxtəlif işi, təcrübələri icra edirlər. Didaktik oyun metodları biliklərin möhkəmləndirilməsi, tətbiqi məqsədi güdən idrak oyunlarıdır. Son vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olunur. Məs., xarici dil dərslərində tələbələrə müxtəlif rollar (səyyah, müəllim, həkim, satıcı, alıcı, sürücü və s.) tapşırılır, hərə öz rolunu ifa edir. Bu metodla keçilən eksperimental dərslər (Q.Kitayqorodskayanın intensiv metodu) göstərir ki, tələbələr xarici dili daha tez və həvəslə öyrənirlər.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin