Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Mühazirə 10 Maşın görmə sistemləri. Obrazların tanınması



Yüklə 1,02 Mb.
səhifə39/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Mühazirə 10
Maşın görmə sistemləri. Obrazların tanınması.

Dərk etmənin əsas prinsipləri və bütövlüyü
Çevrilmənin əsasını bütövlülük prinsipi təşkil edir. Bu prinsipə müvafiq olaraq istənilən dərk edilən obyekt bir biri ilə müəyyən münasibətlərlə əlaqələndirilən hissələrdən ibarət olan bütöv bir tam kimi təsvir olunur. Misal üçün çap olunmuş səhifə məqalədən, məqalə başlıqdan və bəndlərdən, bəndlər abzaslardan, abzaslar sətrlərdən, sətrlər sözlərdən, sözlər isə hərflərdən təşkil olunmuşlar. Bu zaman mətnin bütün qeyd olunan elementləri bir biri ilə müəyyən fəza və dil münasibətləri ilə birləşdirilirlər.
Bütöv yazılışın iki növü mövcuddur: şablon və struktur.
Birinci halda yazılış təsvirin rastr və ya vektor şəklində təsəvvürünü göstərir və bu zaman çevrilmələr sinifləri verilir (misal üçün təkrar, miqyaslaşdırma və s.).
İkinci halda yazılış qraf şəklində göstərilir. Həmin qrafın düyünlərini giriş obyektinin tərtibedici elementləri, qövslərini isə onlar arasındakı fəza münasibətləri təşkil edirlər. Öz növbəsində elementlər mürəkkəb ola bilərlər, başqa sözlə öz yazılışlarına malik ola bilərlər.
Şablon yazılışın realizə olunması struktur yazılışa nisbətən daha sadədir. Lakin bu yazılış yüksək dəyişmə dərəcəsinə malik obyektlərin yazılışında istifadə oluna bilməz.
Şablon yazılış, misal üçün yalnız çap simvollarının tanınması üçün, struktur yazılış isə eyni zamanda həm də əlyazmaların tanınması üçün tətbiq oluna bilərlər.
Dərketmənin bütövlülüyü iki əhəmiyyətli arxitektur həlli irəli sürür: Birincisi bütün biliklər mənbələri imkan daxilində eyni vaxtda işləməlidirlər. Ikincisi tədqiq olunan obyekt imkan daxilində bütöv şəkildə təqdim olunmalı və emal olunmalıdır.
Dərketmənin birinci addımı – dərk edilən obyekt barəsində hipotezin formalaşdırılmasıdır. Hipotez obyektin aprior modeli, kontekst və əvvəlki hipotezlərin yoxlanılması əsasında formalaşdırıla bilər. İkinci addım – irəli sürülən hipotez çərçivəsində obyektin əlavə analizinin aparılması şəraitində dərk etmənin dəqiqləşdirilməsi (hipotezin yoxlanılması).


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin