Qaletlər nəmliyi az unlu məmulat olub çox vaxt şəkərsiz hazırlanıb və quru
olur. Bu peçenyeni xəmiri maya və kimyəvi yumşaldıcılarla hazırlanır. Qatılan
əlavələrdən asılı olaraq qaletlər 3 qrupa bölünür:
1. Sadə qaletlər. Bu növə Poxod adlı növ daxil edilir.
2. Yaxşılaşdırılmış qaletlər. Maya qatmaqla şəkərsiz hazırlanır, lakin yağ
əlavə edilir. Arkitka qaleti bura aid edilir.
3. Pəhriz qaletləri. Əla sort undan hazırlandıqda yağ və şəkər əlavə edilir.
Belə qaletə İdman qaleti aid edilir.