Dərc olunmayan ilkin sənədlərə elmi-texniki
hesabatlar,
dissertasiyalar, deponirlənmiş əlyazmalar, konfranslar barədə məlumat
xəbərləri aiddir.
İkincili sənədlər sorğu, icmal, referativ və biblioqrafik xarakterli olur.
Sorğu nəşrlərində nəzəri ümumiləşmələrin nəticələri, müxtəlif kəmiyyətlərin
qiymətləri və s. olur.
İcmallarda çoxlu ilkin mənbədən götürülmüş məlumatların seçilməsi,
sistemləşdirilməsi və məntiqi ümumiləşməsi nəticəsində alınmış informasiya
dərc olunur. Referativ nəşrlərdə (referativ jurnallar, referatlar və toplular)
ilkin sənədin əsas məlumatlar və nəticələrlə qısa şərhi olur. Referativ jurnal jurnal formasında periodik nəşrdir, orada dərc olunmuş sənədlərin referatları
olur. Referativ toplu periodik, davam edən və ya qeyr-periodik nəşrdir, orada
dərc olunmayan sənədlərin referatları olur.