Biblioqrafik göstəricilər kitab və ya jurnal tipli nəşrlərdir. Orada
nəşrlərin biblioqrafik təsviri olur. Biblioqrafik təsvirlərin yerləşmə prinsipindən
asılı olaraq göstəricilər sistematik (elm və texnika sahələri üzrə) və predmet
(əlifba ilə düzülmüş predmet rubrikalarına uyğun əsas predmetlərin
sadalanması qaydası ilə) tipli olurlar.
İkincili dərc olunmayan sənədlərə qeydiyyat və informasiya kartları,
dissertasiyaların qeydiyyat kartları, deponirlənmiş əlyazmaların göstəriciləri,
informasiya xəbərləri daxildir. Dərc olunan, lakin abunə ilə göndərilən ikincili
sənədləri də bura aid edirlər.