Naşatır spirti (ammonyakın 10%-li sulu məhlulu) 2) Amid törəmələri
Pretamid 3) Bisiklik terpenoidlər
Kamfora, sulfakamfokain 4) Aromatik birləşmələr
Modafinil, Armodafinil 5) Piperidindion törəmələri
Bemeqrid 6) Alkilləşmiş turşu amidləri (nikotin turşusunun amidləri)
Niketamid (Kordiamin) 7) Purin törəmələri
Koffein, teofillin 8) İmidazol törəmələri
Etimizol 9) Tetrazol törəmələri
Korazol (Pentilentetrazol) 10) İndol törəmələri
Strixnin, sekurinin 11) Morfolin törəmələri
Doksapram 12) Piperidin törəmələri
Lobelin, Metilfenidat 13) Xinolizidin törəmələri
Sitizin (Sititon) Ayrı-ayrı qrupların nümayəndələri haqqında məlumatlar.
Amonyak əsasında olan preparatlar: NH4OH Naşatır spirti (ammonyakın 10%-li sulu məhlulu)
Səciyyəvi iyə malik, rəngsiz, şəffaf məhlulldur.
Yuxarı tənəffüs yollarının həssas sinir ucluqlarını oyadaraq uzunsov beyində olan tənəffüs və damar-hərəki mərkəzi stimulə edir. Tənəffüs sayını artırır, arterial təzyiqi artırır. Yüksək qatılıqda tənəffüsün reflektor dayanmasını törədə bilər. Analeptik kimi sinkopa zamanı, qısamüddətli bayılmalar zamanı istifadə olunur. Xaricə istifadə üçün məhlul şəklində, flakonlarda buraxılır.
Amid törəmələri Pretkamid (Mikoren)
Kropropamid Krotetamid İki oxşar maddədən ibarət respirator tənəffüs stimulyatorudur. Hələ 1953-cü ildə Ciba-Geigy şirkəti tərəfindən təklif olunub. Tənəffüs mərkəzinə birbaşa təsir göstərir.
Aşağı biomənimsənilməyə malikdir (24-32%), tez bir zamanda orqanizmdən xaric olunur. Ağ ciyərin müəyyən xəstəliklərində və ağ ciyər çatışmamazlığı zamanı istifadə olunur.
Doza həddinin aşılması hərəki oyanmaya, tremora, cəngolmalara, baş ağrılarına, paresteziyaya, qusmaya, tənəffüsün artması və təngnəfəsliyə gətirib çıxara bilər.
Peroral, venadaxili və əzələdaxili yeridilir.