Mühazirə I. "Analeptik vasitələr"


Kofein (kofein natrium-benzoat)



Yüklə 0,98 Mb.
səhifə7/10
tarix20.10.2023
ölçüsü0,98 Mb.
#157965
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Ə.k. II Mühazirə 1

Kofein (kofein natrium-benzoat)

Ağ poroşokdur, iysiz və zəif acı dadlıdır. Suda asan, spirtdə orta həll olur.
Preparatı almaq üçün kofein (40%) və natrium-benzoatın (60%) sulu məhlullarını qarışdırıb, quru qalığa qədər buxarlandırırlar.
Preparat ürək fəaliyyətinin zəifləməsi, ürəkdə oyanma və ötürmə zəifliyi və müxtəlif xəstəliklər zamanı şok vəziyyəti baş verdikdə, xroniki miokarditlər, miodistrofiyalar, xroniki miodegenerasiyalar zamanı təyin edilir. Baş-beyin və ürək damarlarının spazmı zamanı damar genəldici vasitə kimi işlədilir. İnyeksiya məhlulu şəklində istifadə olunur.


Teofillin
1,3-dimetilksantin

kristal poroşokdur, iysizdir. Suda, 95%-li spirtdə, efirdə və xloroformda az, isti suda və 95%-li isti spirtdə asan, turşu və qələvilərdə həll olur.


Teofillinin sintezi:

Teofillin ürək fəaliyyətinə stimuləedici təsir göstərir, ürək döyüntülərinin gücünü cə sayını artırır, koronar qan dövranın yaxşılaşdırır, miokardın oksigenə təlabatını artırır. Kapsul və tabletlər şəklində istifadə olunur. Teofillin spazmolitik (damarları, bronxları genəldici), diuretik, MSS-nə stimullaşdırıcı təsir göstərir. Miokardın yığılma fəaliyyətini artırır. Teofillin əsasən bronxolitik vasitə kimi qısa müddətli təsir göstərən “adi” dərman formasında deyil, uzunmüddətli təsir göstərən dərman formalarında daha geniş tətbiq olunur.


Belə dərmanlara teofedrin N (Theophedrinum N), Teo-Asthalin (Theo-Asthalin), Teopek (Theopecum), Teobilonq (Theobiolongum), Spofillin retard (Spophylline retard), Teodur (Theodur), Teotard (Theotard), Retafil (Retaphyl), Ventaks (Ventax) və b. aiddir.
Onun dietilamidi olan Eufillin preparatı 2.4% və 24%-li məhlullar şəklində bronxial astmanın müalicəsində istifadə olunur.


İmidazol törəmələri
Etimizol

Bis-(metilamid)-1-etilimidazol-4,5-dikarbon turşusu
Ağ kristallik tozdur. Suda pis, spirtdə həll olur. Sulu məhlullarını pH 6,5— 7,2, t° 100° temperaturda, 30 dəqiqə ərzində sterilləşdirirlər.
Baş beynin qabığaltı hissələri və uzunsov beynin mərkəzlərinə stimullaşdırcı təsir göstərir. Onun MSS-yə təsir mexanizmi purinergik reseptorların fəallaşması və siklik 3', 5'-АМF (sАМФF) səviyyəsinin artırılması ilə bağlıdır.
Etimizol tənəffüs analeptiki kimi narkotik və yuxugətirici maddələr zəhərlənmələr zamanı, ağ ciyərin atelektazı, kəllə-beyin zədələnmələrində istifadə olunur. Etimizol yenidoğulmuş uşaqlarda asfiksiya zamanı və pastasfiksik vəziyyətlərdə effektivdir. Etimizol hipofizin adrenokotikotrop funksiyasını stimulə edir, bronxial astma və artritlərin müalicəsində istifadə oluna bilər. Əsasən əzələdaxili və venadaxili istifadə olunur. Tabıet və inyeksiya məhlulu şəklində buraxılır.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin