Fiziki kondensləşmə metodlarına aşağıdakılar aiddir.buxarların
kondensləşməsi və həlledicinin dəyişdirilməsi.Buxarların kondensləşməsi üsulu
ilə müxtəlif maddələrin aerozolları alınır.Məsələn, təbiətdə temperatur və təzyiqin
dəyişməsi ilə su buxarının kondensləşməsi nəticəsində duman və bulud əmələ
gəlir.Maddənin buxarlarını mayedən keçirdikdə kondensləşmə nəticəsində
davamlı zol əmələ gəlir.Məsələn elektrik metodları ilə metalların zollarını almaq
üçün su və ya üzvi həlledicidə Volta qüvvəsində (Brediq metodu )və yüksək
gərginlikli qığılcımlı elektrik boşalmasında (Svedberq metodu)metalları
buxarlandırmaqla alırlar.Bu zollarda əlavə reaksiyalar nəticəsində alınan metal
oksidləri stabilizator rolu oynayır.Metal oksidləri metal hissəciklərinin səthində
qoruyucu adsorbsiya təbəqələri yaradır.S.Z.Roqinski və A.İ.Şalnikov molekulyar
dəstələrdən zolların alınmasının effektiv üsulunu işləyib hazırlamışlar.Metodun
mahiyyəti vakuumda dispersləşdirilən maddə və həlledicinin birgə
buxarlandırılmasından ibarətdir.Buxar qarışığı soyudulan bərk səthdə çətin əldə
olunan zollar alınır və bu zollar yüksək təmizlik dərəcəsinə malikdir.
Dostları ilə paylaş: