Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən


MÜHAZİRƏ13  ADSORBSİYA VƏ ONUN NÖVLƏRİ . ADSORBSİYA



Yüklə 327,08 Kb.
səhifə39/47
tarix14.12.2023
ölçüsü327,08 Kb.
#178071
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   47
Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürə-www.fayllar.org

MÜHAZİRƏ13 





ADSORBSİYA VƏ ONUN NÖVLƏRİ . ADSORBSİYA 
NƏZƏRİYYƏSİ . 

Məhlulların səth təbəqəsində qatılıq, bir qayda olaraq, həcmdəki


qatılıqdan fərqlənir. Bu fərqi yaradan proses, yəni maye və bərk fazaların səth
təbəqələrində qatılığın öz-özünə artması və ya azalması adsorbsiya adlanır.
Adsorbsiyaolunan maddə adsorbat və ya adsorbtiv, adsorbsiya edən maddə
isə adsorbent  adlanır. Adsorbsiya aşağıdakı faza sərhəd lərində müşahidə
olunur (əvvəlcə adsorbent göstərilir): maye – qaz, maye –maye, bərk – qaz,
bərk – maye. Adsorbentin aqreqat halına görə bunları iki qrupa bölmək olar:
1. mayenin səth təbəqəsində adsorbsiya;
2. bərk adsorbent üzərində adsorbsiya.
Səth təbəqəsində adsorbatın adsorbent həcmindəkinə nəzərən izafi və ya
çatışmayan miqdarı vahid səthə düşən molların sayı (və ya kütlə) ilə ifadə olunur
və Gibbs adsorbsiyası , yaxud izafi adsorbsiya adlanır. Gibbs adsorbsiyası Q
hərfi ilə işarə edilir.
Adsorbentin səthdə qatılığı həcmdəki qatılıqdan yüksək olarsa (Q>0), bu
müsbət adsorbsiya, əksinə (Q<0) olduqda isə mənfi adsorbsiya adlanır.
Praktikada yalnız müsbət adsorbsiya araşdırıldığından, adsorbsiya termini,
adətən, müsbət adsorbsiyaya aid edilir.
Adsorbsiya daha ümumi proses olan sorbsiyanın formalarından biridir.
Sorbsiya dedikdə qazların və ya həllolan maddələrin bərk və ya maye
maddələr tərəfindən udulması prosesləri nəzərdə tutulur. Udan maddələr sorbent,
udulanlar sorbat və ya sorbtiv adlanır. Sorbsiya prosesinə adsorbsiyadan
başqa adsorbsiya və kapillyar kondensləşmə hadisələri də aid edilir.
Qazın və ya buxarın, bərk maddə və ya maye tərəfindən udularaq, onun
bütün həcminə yayılması hadisəsinə adsorbsiya deyilir. CO
2
və NH
3
qazlarının
suda həll olması adsorbsiyaya misal göstərilə bilər.
Bərk sorbentin məsamələrində udulan buxarın mayeləşməsi kapillyar
kondensləşmə adlanır. Bu prosesin mühüm xüsusiyyəti ondan ibarətdir ki,
əgər maye sorbent isladırsa, kapil lyar məsamələrdə onun səthi çökük
olduğundan, düz səthə nisbətən aşağı buxar təzyiqinə malik olur.
Adsorbsiya prosesi, adsorbat-adsorbent qarşılıqlı təsirinin təbiətinə görə
iki qrupa: fiziki və kimyəvi adsorbsiyaya bölünür. Sonuncu xemosorbsiya da
adlanır.
Kimyəvi adsorbsiya zamanı adsorbat molekulları adsorbentin səthi ilə
kimyəvi qarşılıqlı təsirdə olub, səthi kimyəvi birləşmələr əmələ gətirir.
Kimyəvi adsorbsiyanın daha mühüm xüsusiyyəti ondan ibarətdir ki, o,
fiziki adsorbsiyaya nisbətən kiçik sürətlidir. Məhz bu səbəbdən bəzən
xemosorbsiya „aktivləşmiş sorbsiya“ adlanır. Fiziki adsorbsiyadan fərqli
olaraq, kimyəvi adsorbsiya, adətən dönməyən prosesdir.
Adsorbsiyanı ifadə etmək üçün Gibbs adsorbsiyası (Q) ilə yanaşı
mütləq adsorbsiya (A) anlayışından da istifadə edilir. Mütləq adsorbsiya,



adsorbentin vahid səthi və ya vahid kütləsi tərəfindən udulmuş adsorbatın izafi


deyil, bütün miqdarını göstərir. Bir çox hallarda adsorbentin həcmində
adsorbatın qatılığı cüzi olduğundan Q=A olur.
Verilmiş adsorbent-adsorbat cütü üçün A (və ya Q) iki əsas
termodinamik parametrdən temperatur və təzyiqdən (məhl ullar üçün
qatılıqdan) asılıdır. Bu üç kəmiyyəti əlaqələndirərək funksional asılılıq f(A,
P, T) və ya f(Q, C, T) adsorbsiya tənliyi adlanır. Adətən, adsorbsiya
parametrlərdən birinin sabit qiymətində öyrənilir. Sabit temperaturda alınan
A=f(P)
T
, və ya Q=f(C)
T
tipli tənliklə adsorbsiya izotermləri adlanır.
Müəyyən edilmişdir ki, çox kiçik təzyiqlərdə adsorbsiya izotermi düz
xətlidir.
A=kP: A=kC (1)
(1) ifadələri adsorbsiya üçün Henri tənliyi, k-sabiti isə Henri sabiti adlanır.
Henri sabiti adsorbsiyanın intensivliyini xarakterizə edir.

Yüklə 327,08 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin