Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə25/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   43
Ali mək.ped. mühazirələr

Fikirləş, eşit, təklif et. Metodu tətbiq etməyin məqsədi tələbələrdə idraki fəallığı inkişaf etdirmək, problemin həlli yolunu (və ya yollarını) tapmaq qabiliyyəti, ziddiyətli pedaqoji situasiyaların həlli yollarını tapa bilmək bacarığı formalaşdırmaqdır. Metod bu cür tətbiq olunur: Hər bir tələbə müəyyən müddətdə yerinə yetirəcəyi axtarış-yaradıcılıq xarakterli konkret tapşırıq alır. Sonra növbə ilə tələbələr bir-bir problemin həlli üçün seçdikləri qaydanı əsaslandırırlar. Digər tələbələr qulaq aır, fikirləşir və bəzən başqa bir variant təklif edirlər.
Təcrübə göstərir ki, tələbələr, adətən, bu metodda istifadəni seminar və ya praktik məşğələlərdə daha maraqla qavrayırlar. Bu metodun üstün cəhəti ondadır ki, o, bir məşğələdə bir çox məsələni nəzərdən keçirməyə, onlara uyğun cavablar axtarıb tapmağa, həmçinin təlim materialının təkrarlanması və möhkəmləndirilməsinə imkan verir.
4.Tələbələrin müstəqil işləri metodları.
Tələbələrin müstəqil işlərini təlim metodlarına daxil etmək mübahisəli məsələdir. Əslində müstəqil çalışmaq, müstəqil fəaliyyət təlimin təşkil formalarına daha yaxındır. Digər tərəfdən isə, təlim prosesinin müəyyən mərhələsində qarşıya qoyulmuş məqsədə hərtərəfli nail olmaq üçün tələbələrin müstəqil fəaliyyətinin müəllim tərəfindən prosesə daxil edilməsi zəruri olur. Bu halda isə müstəqil işlər daha çox təlim metodu kimi çıxış edə bilir.
Müstəqil işlərin metod kimi növlərindən biri dərslik, kitab və digər tədris ədəbiyyatı üzərində işdir. Metod tələbələrin mühazirə və seminar məşğələlərində qazandıqları elmi informasiyanı daha dərindən mənimsəmək və möhkəmlətmək, həmçinin, müəllimin bilavasitə iştirak olmadan yeni ilkin biliklər əldə etmək və onları genişləndirməkdir.
Metodun səmərəli tətbiqi o vaxt aydın olur ki, tələbələr mövzular üzrə proqramda nəzərdə tutulmamış və müəllimin göstərmədiyi mənbələr üzrə işləmək maraqlarına və bacarıqlarına malik olsunlar.
Ekspertiza. Sadə metoddur və analitik qabiliyyətlərin, refleksiyanın inkişafı üçün çox səmərəlidir. O, pedoqoji, idraki, işgüzar oyunlar zamanı referatların təhlili, təcrübələrin yerinə yetirilməsi müxtəlif məsələlərin həlli, ziddiyyətli situasiyaların aradan qaldırılması zamanı tələbələrin fəaliyyətinin ekspert qiymətləndirilməsi üçün geniş tətbiq olunur. Bu zaman ekspert rolunda çıxış edən tələbələr təlim materialını yaxşı mənimsəməli, müzakirə problemini və qiyməntəldirməni bilməlidirlər.
Ekspertiza metodu iki formada tətbiq olunur: şifahi və yazılı
Ali məktəblərdə müstəqil işlərin keyfiyyəti və səmərəsi müstəqil işləmə qabiliyyət və vərdişlərinin səviyyəsindən asılıdır. Ona görə də pedoqoqlar birinci kursdan başlayaraq tələbələri ilkin mənbələr üzərində müstəqil işləmə vərdişlərinə alışdırmalıdırlar

Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin