ki, cisim və hadisələr hər iki halda hiss üzvlərinə təsir edir, hər
iki halda real gerçəkliyin subyektiv surətidir.
Göründüyü kimi bunlar mexanizm etibarilə bir-birinə ta-
mamilə yaxındır. Belə ki, istər duyğu, istərsə də qavrayış pro-
sesində analizatorun (duyğunun əmələ gəlməsi üçün zəruri olan
anatomik-fizioloji cihazın) fəaliyyət halına gəlməsi zəruridir.
Əks təqdirdə nə xarici, nə də daxili aləmdən gələn qıcıqlayıcılar
əks etdirilə bilməz.
Məlumdur ki, filogenezdə analizator ancaq uyğunlaşdığı
xassəni əks etdiir. Duyğunun bu xüsusiyyəti elmdə mono-
modallıq adlanır və onu qavrayışdan fərqləndirir. Analizatorun
strukturuna
nəzər salsaq görərik ki, o, reseptor, afferent və
efferent sinirlər olmaqla üç hissədən ibarətdir. Bu hissələr vahid
bir tam kimi işləyir. Onun normal fəaliyyəti duyğu ilə qav-
rayışın əmələ gəlməsi üçün mühüm şərtdir.
Duyğularla müqayisədə qavrayış
surətləri bir neçə anali-
zatorun iştirakı ilə baş verdiyinə görə nolimodallı olur. Yəni
qavrayış prosesində müxtəlif analizatorlar arasında yaranan
əlaqələr durur. Duyğularda cismin müəyyən keyfiyyətləri əks
olunur. Qavrayış sayəsində isə əşyalar tam şəkildə əks olunur,
çünki duyğularda əks olunan ayrı-ayrı keyfiyyətlərin hamısı
burada qavrayış surətlərinin tərkibinə daxil olur. Əgər qı-
cıqlandırıcıların kəmiyyət və keyfiyyət
tərkibinə nəzər salsaq,
görərik ki, duyğularda onların hər ikisi qıcıqlayıcının intensivliy-
ini əks etdirir. Əksinə qavrayış surətləri intensivlik xassəsinə
malik olmur. Məsələn, ağrı orqanizmin müəyyən hisəssi ilə bağlı
olur. Qavrayışda isə belə məhdudluq olmur. Duyğu surətlərinin
yaranmasında emosionallıq üstün rol oynayır, qavrayışda isə
əksinə, əşya hissi deyil, cismin surəti şəklində yaranır.
Deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki,
qavrayış ətraf aləm haqqında duyğularla müqayisədə daha
mükəmməl və dolğun məlumat verir.
Qavrayış prosesində, nitq, hafazə, təfəkkür və s.
idrak
prosesləri iştirak etdiyinə görə o daha mürəkkəb idrak pro-
sesidir. Burada insanın keçmiş təcrübəsi də iştirak edir. Odur
41
downloaded from KitabYurdu.org
ki, əgər qavrama üçün şərait dəyişərsə belə, qavrayışın tamlığı və
sabitliyi itmir. Məsələn, cisim uzaqlaşır, onun təsviri gözümüzdə
kiçilir, lakin biz həmin cismi malik olduğu böyüklükdə qavrayırıq.
Belə sabitlik əsasında biz cisimləri müxtəlif cür qavrayırıq. Bunun
da çox böyük idrak əhəmiyyəti vardır. Biz qeyd etdik ki,
qavrayışda insanların keçmiş
təcrübəsi də iştirak edir ki, bu da
onun mə'nalı olmasına təsir edir.
Yəni insanın keçmiş həyatı təcrübəsi, biliyi hər hansı hadisə
haqqında nəticə çıxarmağa kömək edir. Bütün bünlarla yanaşı
qavrayış prosesində insanın dünyagörüşü, maraq, meyli emosional
vəziyyəti də mühüm rol oynayır.
Çünki eyni vaxtda insana
müxtəlif cisim və hadisələr təsir edir. İnsan onların hamısını
qavraya bilməz. Onlardan yalnız ən əhəmiyyətli hesab ediləni
ayırd edilir və qavranılır.
Dostları ilə paylaş: