yaların qavrayış prosesində mühüm rol oynaması bir sıra ek-
sperimentlərlə də təsdiq olunmuşdur.
1
Beləliklə, insanın keçmiş təcrübəsi, emosional vəziyyəti
göstərir ki, qavrayış idarə edilməsi
mümkün olan fəal bir pro-
sesdir.
Duyğuların təsnifatı və həsaslığın növləri.
Adaptasiya. Sensibilizasiya. Sinesteziya.
Duyğular təsir edən qıcıqlandırıcıların müvafiq reseptorlara
təsiri nəticəsində baş verdiyinə görə onları təsir etdiyi reseptorlara
əsasən təsnif edirlər. inikasın xarakterinə və reseptorların
yerləşdiyi yerə görə duyğular üç qrupa bölünür:
1)
reseptorları bədənin səthində yerləşən və xarici mühitin
cisim və hadisələrinin xassələrini
əks etdirən eksteroseptiv
duyğular;
2)
reseptorları daxili üzvlərdə, həmçinin bədənin toxuma-
larında yerləşən və daxili üzvlərin vəziyyətini
əks etdirən inte-
roseptiv duyğular;
3)
reseptorları oynaq və əzələlərdə yerləşən, bədənimizin
hərəkəti və vəziyyəti haqqında məlumat
verən proprioreseptiv
duyğular.
Eksteroseptorları iki qrupa bölmək olar: kontakt və distant
reseptorlar. Kontakt reseptorlarda qıcıqlanma onlara təsir edən
obyektlərlə bilavasitə təmas zamanı baş verir. Lamisə (dəri) və
dadbilmə reseptorları bu cür reseptorlardır.
Distant reseptorlar
bizdən uzaqda olan obyektlərə qıcıqlanma reaksiyası verir; distant
reseptorlara görmə, eşitmə və iybilmə daxildir.
Qeyd olunan duyğuları, müasir elmi araşdırmalar nöqteyi
nəzərindən xarici (eksteroseptorlar) və daxili (interoseptorlar)
növlərə bölünməsini düzgün hesab etmək olmaz. Çünki
Dostları ilə paylaş: