MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə33/71
tarix01.12.2023
ölçüsü0,7 Mb.
#170988
1   ...   29   30   31   32   33   34   35   36   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

 
1
Ə.S.Bavramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər üçün 
dərslik. Bakı. "Maarif'. 1989.. 230-234. 
48 
downloaded from KitabYurdu.org


bərabər lamisə, əzələ-hərəkət duyğuları, hətta eşitmə analizatoru 
da iştirak edir. 
Əsasən məkan qavrayışı zamanı cisimlərin məkan mü-
nasibətləri düzgün əks olunur. Lakin bəzi səbəblər ola bilər ki, 
cisimlər təhrif olunumş halda əks olunsun. Bu əsasən: a) ci-
simlərin hansı əhatədə olmasından; b) analizatorların sağlamlıq 
vəziyyətindən asılıdır. Cisimlərin belə təhrif olunmuş şəkildə 
qavranılması 
illüziya
adlanır. İllüziyalar müxtəlif analizatorların 
fəaliyyətində müşahidə olunur. Görmə qavrayışlarında isə onlar 
daha çox nəzərə çarpır. Çünki görmə qavrayışı, cisimlərin 
arasındakı məsafəni, onun formasını və s. qavramağa kömək edir. 
İnsanların praktik fəaliyyəti və müqayisələr əsasında illüziyaları 
həqiqi qavrayış surətlərindən ayırmaq mümkündür. 
Zaman qavrayışı.
Cisim və hadisələrin sürəti, müddət və 
ardıcıllığı zaman qavrayışı ilə əks olunur. Ümumiyyətlə, zama-
nın qavranılması mürəkkəb bir prosesdir. Bunun əsasında baş 
beyin yarımkürələri qabığında oyanma və ləngimənin ritmik 
surətdə bir-birini əvəz etməsi durur. Bu zaman insanda şərti 
refleks yaranır. Bir sıra analizatorlar bu prosesdə iştirak edir. 
Lakin zamanın əks etdirilməsi prosesində üstün yeri eşitmə və 
hərəki duyğular tutur. Əslində biz zamanı deyil, zaman daxilində 
baş verən hadisələri qavrayırıq. Bu da həmin cisim və hadisələrin 
xassələrindən, 
onlara 
bizim 
bəslədiyimiz 
münasibətin 
xarakterindən asılıdır. 
Qıcıqlandırıcının zaman xüsusiyyəti, eşitmə duyğusunun 
müddətini, ritmin xarakterini əks etdirir. İ.M.Seçenov eşitməni 
zamanın meyarı, eşitmə hafizəsini isə zaman hafizəsi adlan-
dırmışdır. 
Zaman daxilində baş verən hadisələrə bizim münasibətin 
xarakteri mühüm təsir göstərir. Çünki bu vaxt zamanın qavra-
nılmasında subyektivlik aydın şəkildə nəzərə çarpır. Bu, sub-
yektivlik insanın yaş xüsusiyyətlərindən, sərvət meylindən, 
maraqlarından, temperament tiplərindən və s. asılıdır. 
Zaman qavrayışı emosional vəziyyətdən asılı olaraq dəyişir. 
Müsbət emosiyalar vaxtın tez keçməsi illüziyasını yara- 
49 
downloaded from KitabYurdu.org


dır, mənfi emosiyalar isə subyektiv olaraq vaxt müddətini bir qədər 
uzadır. 
Zaman qavrayışı uşaqlarda xeyli gec yaranır. Ona görə ki, 
zamanın müddəti üçün dəqiqlik əsas şərtlərdən biridir. Təlim 
prosesində məktəblilərin gündəlik fəaliyyətlərində vaxtın 
əhəmiyyəti dedikdə möhkəmlənir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin