Qısamüddətli hafizənin sinonimi kimi, operativ hafizə
termini də işlədilir.
1
Operativ hafizə dedikdə müəyyən fəaliyyətin
yerinə yetirilməsi üçün zəruri olan məlumatın
müəyyən müd-dət
yadda saxlanılması nəzərdə tutulur. Məsələn, hər hansı məsələni
həll edərkən, aralıq əməliyyatları yadda saxlamaq lazım gəlir.
Məsələ həllindən sonra onlar unudula və ya uzun-muddətli
hafizəyə keçirilə bilər. Operativ hafizədə qısamüddətli və
uzunmüddətli hafizədən alınan materialların "işçi qatışığı" yaranır.
Həmin işçi material fəaliyyət göstərdiyi
müddət ərzində hələ
operativ hafizənin ixtiyarında olur. Uzun müddətli hafizə dedikdə
qavranılan materialın uzun müddət və möhkəm yadda saxlanması
nəzərdə tutulur. Uzun müddətli hafizədə biliklər ümumiləşmiş
halda insana uzun müddət üçün lazım olur. Burada biliklərlə
bərabər, bacarıq və vərdişlərin, müxtəlif məlumatların da on illərlə
hafizədə saxlanması baş verir.
Dostları ilə paylaş: