İnsanın taleyində mühüm əhəmiyyətə malik olan kədər və ya
sevinc uzun müddət beyində nəqşlənir, yaddan çıxmır.
Qeyri-ixtiyari yaddasaxlama zamanı, hər hansı materialın
yadda saxlanılması
üçün iradi səy göstərilmir, qarşıya məqsəd
qoyulmur. Lakin unutmaq olmaz ki, qeyri-ixtiyari yaddasaxlama
cisimlər, hadisələr, görülən iş, insan fəaliyyətinin xarakterinə təsir
edir. Qeyri-ixtiyari yaddasaxlama zamanı dərin bilik əldə etmək
mümkün olmur, hətta varlıq da təhrif edilmış şəkildə əks olunur.
İnsanın məqsədəuyğun
fəaliyyəti ilə əlaqədar olan, əmək və
ünsiyyət nəticəsində əmələ gələn, yaddasaxlamanın insana xas
olan ən başlıca forması ixtiyari yaddasaxlamadır.
İxtiyari yaddasaxlama zamanı insan qarşısına xüsusi məqsəd
qoyur, materialı yaddasaxlamaq üçün
iradi səy göstərir, müəyyən
üsul və qaydalardan istifadə edir. İxtiyari yaddasaxlama müəyyən
istiqamətə yönəldilən, şüurlu surətdə tənzim edilən prosesdir.
Psixologiyada ixtiyari yaddasaxlamanın xüsusi növü kimi
öyrənmə
ayırd edilir. Öyrənmə müəyyən üsulların köməyi ilə
təşkil edilən yaddasaxlamadır. Öyrənmə üçün, məqsədin xarakteri,
materialın anlaşılma dərəcəsi, təkrarların təşkili və s. kimi amillər
təsir göstərir.
Deməli, yaddasaxlamanın səmərəliliyi
iki əsas amildən-
öyrənilən materialın xarakterindən və şəxsiyyətin mnemik
priyomlardan düzgün istifadə edilməsindən asılıdır.
Hifzetmə unutma ilə dialektik əlaqədədir. Unutmanın mənfi və
müsbət cəhətləri vardır. Məsələn, müəyyən informasiya indiki
halda lazımdır. Amma o unudulub. Halbuki unutmanın faydası da
çoxdur. Çünki gərəksiz informasiyalar vardır ki, onların
unudulması vacibdir. Ümumiyyətlə, hifzetmə əslində unutma ilə
mübarizə sayəsində mümkün olur.
Alman alimi Ebbinhauzun unutma
prosesinin necə getməsi
haqqında bir təcrübəsini xatırlayaq. O müəyyən etmişdir ki,
mexaniki yaddasaxlamada materialın öyrənilməsindən yarım saat
sonra 40%, bir gündən sonra 66%, 3 gündən sonra 75%, 30
gündən sonra 79 % unudulur. Əlbəttə, mə'nalı yaddasaxlamada
unutma faizi xeyli azalır.
62
downloaded from KitabYurdu.org
Unutmanın qarşısını almaq üçün bəzi xüsusiyyətləri bilmək
zəruridir. Adətən, qavranılmış materialın insanın tələbat və
maraqlarını ödəməyən hissəsi tez unudulur. Material kifayət qədər
möhkəm öyrənilmədikdə, həmçinin
dərindən dərk edilmədikdə
mexaniki surətdə öyrənildikdə tez unudulur.
Unutmanın qarşısını almaq üçün öyrənilmiş materialı
unutduqdan sonra deyil, unutma başlamazdan əvvəl təkrar etmək
lazımdır.
Unutma ya tanıya, ya yada sala bilmədikdə, ya səhv tanı-
dıqda, eləcə də səhv yada salmaqda özünü büruzə verir.
Göründüyü kimi, yadasalma və tanıma mühüm hafizə proses-
ləridir. Yadasalma nəticəsində keçmiş təcrübənin, hisslərin və
fikirlərin bərpa edilməsinə nail oluruq.
Yadasalmanın üç səviyyəsi vardır:
Dostları ilə paylaş: