MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə44/71
tarix01.12.2023
ölçüsü0,7 Mb.
#170988
1   ...   40   41   42   43   44   45   46   47   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

Təfəkkürün əsas formaları 
Təfəkkür cisim və hadisələrin mahiyyətinin, onlar arasındakı 
əlaqə və asılılığın insan şüurunda ümumiləşmiş və vasitəli 
inikasından ibarət olan idrak prosesdir.
1
Təfəkkürün mənbəyini duyğular və qavrayış təşkil edir. 
Bəzən belə güman edirlər ki, duyğu prosesi baş verib qurtar-
dıqdan sonra təfəkkür fəaliyyətə başlayır. Bu doğru deyildir, 
çünki hissi idrak prosesinin özündə də fikri əməliyyat-təhlil
tərkib, müqayisə və s. iştirak edir. Deməli, duyğu və qavrayışın 
verdiyi materiallar olmasa, təfəkkür fəaliyyəti də mümkün 
1
 Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər üçün 
dərslik Bakı. "Maarif', 1989, 278-279. 
1
 Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Ali məktəblər üçün 
dərslik. Bakı. "Maarif', 1989, 284-286. 
64 
downloaded from KitabYurdu.org


olmaz. Ancaq təfəkkür daha mərəkkəb psixi prosesdir. İnsanın 
gerçəkliyi tam dərk etməsi məhz təfəkkür sayəsində mümkün olur. 
Təfəkkürün köməyilə insanlar bilavasitə qavranılmayan cisim və 
hadisələri də dərk edirlər: məsələn. atomun tərkib hissələrini 
bilavasitə qavramaq mümkün deyildir. Halbuki insanlar onu 
bilirlər. Bu vasitəli bilikdir. Deməli, təfəkkür varlığın vasitəli 
inikasıdır. 
Varlığın vasitəli və ümumiləşmiş inikasınıdan ibarət olan 
təfəkkür, hissi idrakın materilları əsasında gələcəyi görmək imkanı 
verir. Onu da qeyd etmək lazımdır ki, təfəkkür nitqlə vəhdətdədir 
və dil materialları əsasında maddiləşir. Çünki , adam öz-özünə 
fikirləşəndə də, başqasının fikrini bilmək istəyəndə də, öz fikrini 
izah edəndə də mütləq dildən istifadə edir. Təfəkkür prosesində 
bütün beyin qabığı iştirak edir, xüsusən də beyin qabığındakı nitq 
mərkəzləri söz siqnallarının əks etdirilməsində mühüm rol 
oynayır. 
Təfəkkürlə nitq vəhdətdədirlər, lakin onun özü deyildir. Belə 
ki, bir fıkri ifadə etmək üçün adam müxtəlif dillərdən istifadə edə 
bilər. Nitqdən köhnə sözlər çıxa bilər. Lakin fikrin ifadə forması 
dəyişilimr. 
Təfəkkür də şüur kimi ictimai-idraki səciyyə daşıyır. Onun 
nəticələri insanların tarixi təcrübələrində öz əksini tapır. Çünki 
insan təfəkkürü ilk növbədə cisim və hadisələrin ümumi və 
mühüm əlamətlərini əks etdirir. İnsanın belə bir idrak fəaliyyəti 
nəticələri təfəkkürün formalarında tətbiq olunur. 
Psixologiya elmi öyrənir ki, hansı fikir necə və nə üçün əmələ 
gəlir, necə inkişaf edir. Bütün bu suallara cavabı təfəkkür 
proseslərinin cərəyanetmə qanunauyğunluqları verir. Deməli, 
təfəkkürün formaları həm də psixologiyanın tədqiqat obyektidir. 
Təfəkkürün aşağıdakı formaları vardır: 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin