Mümkünlük hökmündə, cisimlə onun əlamət və keyfiyyəti
arasındakı əlaqə ehtimal kimi başa düşülür. Məsələn, Bu gün
bəlkə hava tutuldu, yağış yağdı."
Gerçəklik hökmü cisim və hadisələrlə onların əlamətləri
arasında mövcud olan zəruri əlaqələri əks etdirir. Bu, hökmün ən
yüksək forması hesab olunur. Çünki zərurət hökmü elmin son
sözünü deyir. Məsələn, Ayda həyat yoxdur, Yer günəş ətrafında
fırlanır və s.
Təfəkkürün formalarından biri də istidlal və ya əqli nəticədir.
Qeyd etdiyimiz kimi, hökmlər doğru və yanlış ola bilər. Bu isə
qavrayış vasitəsilə müəyyənləşdirilir. Lakin bir çox hallarda
hökmün doğru və yalnış olmasını müşahidə yolu ilə müəyyən-
ləşdirmək mümkün olmur, əqli əməliyyat lazım gəlir ki, o sübut
olunsun. Deməli, istidlal obyektiv aləm hadisələrinin məlum
əlaqələri əsasında naməlum əlaqələrini bilməkdən ibarət olan
təfəkkür formasıdır.
Əqli nəticənin üç növü vardır: induksiya, deduksiya, təşbih.
1
Ayrı-ayrı faktlar, hallar üzərində aparılan müşahidələr əsasında
ümumi nəticə çıxarmaqdan ibarət olan, xüsusidən ümumiyə gedən
əqli nəticəyə-
induksiya
deyilir. Məsələn, gümüş, qızıl, mis, dəmir
və s. metallar yüksək temperaturda əriyir.
Məlum olan ümumi müddəaya əsasən müəyyən xüsusi hallar
haqqında nəticə çıxarmaqdan ibarət olan, ümumidən xüsusiyə
gedən əqli nəticə-
deduksiya
adlanır.
Təşbih zamanı hadisələr arasında olan qismən oxşarlıq
əsasında nəticə çıxarılır. Təşbih xüsusidən-xüsusiyə gedən
istidlaldır. Təşbihi çox da etibarlı əqli nəticə hesab etmək olmaz.
Çünki onun nəticəsi bəzən doğru, bəzən yalnış olur. Məsələn,
Marsda həyatın olması ehtimalını irəli sürürük. Bu nəticə doğru
da, yalnış da ola bilər.
Dostları ilə paylaş: